Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Lütfi Zadə mənə dedi ki, gəl ... ” - iki korifey alimin birgə layihələri

Tarix: 10-12-2016 22:56     Baxış: 5541 A- / A+
“Lütfi Zadə mənə dedi ki, gəl ... ”

Dünya çapında tanınan alim, süni-intellekt nəzəriyyəsinin, qeyri-səlis məntiqin azsaylı mütəxəssislərindən olan professor Rafiq Əliyev Moderator.az saytına açıqlamasında maraqlı məqamlara toxunub.

Böyük alim əvvəlcə, elmi irsinin varisi olduğu dahi alim Lütfi Zadə ilə hazırkı işi birliyindən danışıb:

“Bu yaşda olmasına baxmayaraq, Zadəyə doğrudan da həsəd aparıram. İnsan beyni necə aydın işləyə bilərmiş?! Mübaliğəsiz deyirəm, günaşırı da yox, hər gün elektron poçtuma 3-4 məktub göndərir. Onunla hazırda iki layihəmiz var, hər ikisinin təşəbbüskarı odur. Biri Kiprin Yaxın Doğu Universiteti ilədir; layihənin bir rəhbəri o, bir rəhbəri mən, digəri isə Yaxın Doğunun nümayəndəsidir. Layihənin adı belədir: “Böyük tədbirlərin iqtisadi təsirinin qeyri-səlis məntiqlə qiymətləndirilməsi.

O biri isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Berkli Universiteti arasında “Z ədədlər nəzəriyyəsinin təkmilləşdirilməsi və onun geniş tədqiqi” barəsindəki layihədir. Bu sahədə işlər aparırıq. Orada da, burada da böyük elmi qrup yaradılıb”.


Bunlar da hələ son deyil. Professor Rafiq Əliyev ilk dəfə olaraq sayta Lütfi Zadə ilə başlayacaqları yeni işdən danışıb. Bu iş həm də Zadənin elmi fəaliyyətində də bir ilkdir:

“Amma ən maraqlı fakt budur: Zadə mənə bir təklif verdi. Yazdı ki, Rafiq, gəl, birlikdə bir kitab yazaq, tarix üçün qalsın. Sizə onu deyim ki, Zadə heç vaxt kitab yazmayıb. Çox maraqlıdır, ancaq ideyalarından ibarət məqalə yazar və bütün dünya onun ətrafında işləyər. Onun elmi manerası, təfəkkür yolu belədir. Amma necə oldusa, qərara gəldi ki, ikilikdə tarix üçün kitab yazaq. Kitab iki hissədən ibarətdir: birinci hissə “Qeyri səlis məntiq nəzəriyyəsi” adlanır. İki müəllifi var-Lütfi Zadə və Rafiq Əliyev.

İkinci kitab isə son 50 ildə qeyri-səlis məntiq sahəsində müxtəlif elm sahələrində aparılan tədqiqatların seçilmiş ən yaxşı nümunələrindən ibarətdir. Tutaq ki, bir alim fizika, biri iqtisadiyyat, digəri kibernetika-ümumilikdə, 12 sahə- elmlərində qeyri-səlis məntiqdən yararlanıbsa, həmin tədqiqat işlərinin ən yaxşısı kitab üçün seçiləcək və nüfuzlu “Springer” nəşriyyatında çap olunacaq. Qeyd edim ki, adıçəkilən nüfuzlu nəşriyyat bizə təklif etdi ki, gəlin “Zadə-Əliyev” seriyası açaq. O seriyaya daxil olan kitablar ancaq biz ikimizin imzasından sonra çap ediləcək. Bu seriyanın ilk kitabı elə bayaq dediyim- Zadə ilə tarix üçün yazdığımız kitab olacaq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar