Xəbər lenti 
					
 
		Təhsil naziri istefa verdi

Danimarkada bir konsertə iştirak edən və qayıdanbaş polislər tərəfindən spirtli içki qəbul etdiyi aşkarlanan isveçli nazir vəzifəsindən istefa verib.
İsveçin təhsil naziri Aida Hadzialic bu olayın ardından bu gün mətbuat konfransı keçirərək vəzifəsindən istefa verdiyini bildirib.
Mətbuat konfransında spirtli içki qəbul etməklə həyatının ən böyük səhvini etdiyini söyləyən nazir “Spirtli içki ilə maşın sürmək ola bilməz və heç düşünülə bilməz” deyib.
Dünən axşam Danimarkanın paytaxtı Kopenhagendə izlədiyi konsertdən sonra Malmöyə gələrkən yol polisinin spirt nəzarətindən keçirilən və qanında 0.2 promil spirt müəyyən edilən isveçli nazir konsert ərəfəsində iki stəkan şərab içdiyini etiraf edib: “Konsert sonra spirtin təsirinin keçmiş ola biləcəyini düşünərək sükana oturdum. Demək ki, keçməmiş. Bu indi nəticəsini ödədiyim böyük bir səhv idi. Etdiyimin böyük bir səhv olduğunun fərqində olduğum üçün istefa edirəm”.
Qeyd edək ki, 1992-ci ildə Yuqaslaviyadakı vətəndaş müharibəsi zamanı 5 yaşında ikən ailəsi ilə birlikdə İsveçə sığınan Bosniya mənşəli Aida Hadzialic 2014-ci ildən Sosial Demokrat Partiyanı təmsil edən koalisiya hökumətində nazirlik edirdi. Moderator.az

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















