Xəbər lenti 
					
 
		Nazirlikdən dişləri oğurlanan xəstə ilə bağlı açıqlama : “Yəqin ki, hardasa düşüb”

Manevr.az
“Səhiyyə Nazirliyinə komada olan xəstənin qızıl dişlərinin sökülməsi ilə nağlı məluyumat daxil olmayıb”.
Bunu nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.
Onun sözlərinə görə, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında belə bir hadisənin olması mümkünsüzdür.
“Bu qədər də olmaz. Xəstənin ağzından necə diş çıxarda bilərlər ki?! Mən həyatı boyu inanmaram ki, onu həkimlər edib. Yəqin ki, hardasa düşüb. Bizə belə bir məlumat daxil olmayıb”.
Qeyd edək ki, yaxınlarının , Sumqayıt şəhərində insult keçirən Suraxanı rayon sakini, 1959-cu il təvəllüdlü İsmayıl Qasımov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstə bir neçə gün koma vəziyətində olub. Xəstənin vəziyyətinin pisləşdiyini görən yaxınları dərhal onu Bakıya Mərkəzi Klinik Xəstəxanaya köçürüblər. MKX-da reanimasiya şöbəsinə köçürülən xəstə komadan ayıldığı zaman, həyat yoldaşı Qəmər Qasımova xəstənin yanına buraxılıb. Xanımı həyat yoldaşının ağzında qızıl dişlərinin olmadığını gördükdə, məlum olub ki, xəstənin qızıldan olan dişləri oğurlanıb.
Xəstənin həyat yoldaşı bu hadisə ilə aidiyyatı qurumlara müraciət edəcəyini qeyd edib.Femida.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















