Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

14 yaşında 10 min türk lirəsi qarşılığında 70 yaşlı kişiyə satılan qız danışdı :"anamı heç vaxt bağışlamayacam"

Tarix: 21-11-2016 10:47     Baxış: 5709 A- / A+
14 yaşında 10 min türk lirəsi qarşılığında 70 yaşlı kişiyə satılan qız danışdı
Seriallarda, şoularda gördüyünüz kimi heç də gözəl olmayan, 181.000 uşaq, gəlin və minlərlə uşaq təcavüzcüsü olan Türkiyə. Türkiyəli yazar Yılmaz Özdilin, "manyaklar qanuna uymur deyə, qanunları manyaklara uydururlar" adlı yazısını Azərbaycan türkcəsinə uyğunlaşdırdım. Qan donduran bu hadisələr, Türkiyənin müxtəlif məkanlarında, ayrı-ayrı vaxtlarda baş verən gerçək hadisələrin yüzdə biridir, deyə bilərik.


Manevr.az Məmmədkamal Paşabəylinin türkcədən dilimizə uyğunlaşdırdığı, sosial problemlərdən bəhs edən yazını oxuculara təqdim edir:

"Boluda molla nikahı ilə evləndirilən 11 yaşlı qızın hamilə olduğu ortaya çıxdı. Samsunda maşın vurdu deyə koma halında xəstəxanaya gətirilən 14 yaşlı qızın, əslində molla nikahı ilə evləndiyi adam tərəfindən döyüldüyü, qəza adı vermək üçün üstündən motositkletlə keçildiyi məlum oldu. Orduda 13 yaşındaykən pul qarşılığında evləndirilən, 40 yaşlı molla nikahlısı kişi tərəfindən çox döyüldüyü üçün evdən qaçan 17 yaşlı qız, ailəsi qəbul etmədiyi üçün küçələrdə qaldı. Qaziantəpdə özəl xəstəxanalardan birində, 18 yaşı olan başqa birinin şəxsiyyət vəsiqəsi ilə doğuşa gətirilən qızın əslində 12 yaşı olduğu ortaya çıxdı. Ağrıda 16 yaşında evləndirilən qız, işgəncə edilmiş halda tualetdə əli qolu bağlı tapıldı. İzmirdə 12 yaşlı qız, sezeryanla doğum etdi. Adanada zorla evləndirilən 16 yaşlı qız özünü qatarın altına atdı. Uşaq qoruma sempozyumunda Gümüşhane Universitetinin müəllimi şəxsən özü şahid olduğu hadisəni danışdı: "bir qızı yol kənarında ağlayarkən gördüm. 16 yaşı olanda zorla evləndirilib, ana olub. Uşağının əli yanmışdı, nə edəcəyini bilmirdi, çarəsiz halda ağlayırdı, əslində orda iki uşaq ağlayırdı" dedi. Kayseridə pul qarşılığında evləndirildiyi "adam" tərəfindən küçəyə atılan, gecələri yük maşınında yatan qız, tüfənglə canına qıydı.

12 yaşındaikən iki bilərzik qarşılığında 40 yaşlı kişiyə, ikinci arvad olaraq satıldığı ortaya çıxan qız uşağı, "yanında yatmağa qorxardım, mənə oyuncaq almayanda ağlayardım" 11 yaşındaykən 40 yaşında biri ilə evləndirilən qız, uşağı olmadığı üçün döyüldüyünü, 3-4 il qorxusundan qayınanasının qoynunda yatdığını dedi. 30 yaşlı biri ilə evləndirilən 13 yaşlı qız, illər sonra qəzet reportajında danışdı, "ilk gecə məni tək başıma otağa saldılar, qorxudan ürəyim getdi, ayıltdılar, evləndirildiyim adam otağa gəldi, “gəl, səninlə evcik-evcik oynayaq” dedi. Bu cümləni həyatım boyunca unutmayacam..." 12 yaşındaykən məktəbdən çıxardıb, 50 yaşlı adamın qoynuna soxulan uşaq; "dərslərim çox yaxşı idi, yuxuda tez-tez məzun olduğumu, diplom aldığımı görürəm" 14 yaşında ikən 10.000 TL qarşılığında 70 yaşlı kişiyə satılan qız illər sonra danışdı: "anamı heç vaxt bağışlamayacam. Həyatımı dəyişdirmək imkanım olsaydı, ilk öncə atamı dəyişdirərdim" Türkiyə hökuməti bu manyaklara əfv qərarı çıxartmağa çalışır. Ədalət nazirimizin, "balacaların da razılığı ilə edilmiş işlərdir bunlar" dediyi işlər, bu işlərdir. Və bu işlər, sadəcə əxlaqsız atalar, utanmaz qudalar, manyak bəylərlə edilmir, mollalarla edilir, mollalar uşaqları nikahlayır. Mollalar təsdiqləyir. Atalar istədikləri qədər əxlaqsız olsun, mollalar razı olmasa, nikahını qıy deyə gətirən valideynləri polisə bildirsəydilər, bu qədər insanlıq cinayətləri törədilməzdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar