Sizin Reklam Burada
Xəbər lenti
11-10-2026
10-10-2026
BÜTÜN XƏBƏRLƏR

25 ildir saçını kəsdirmir: Qarabağa görə - "Qohumlarım mənə salam vermirlər" - FOTOLAR

Tarix: 15-11-2016 23:11     Baxış: 5566 A- / A+
25 ildir saçını kəsdirmir: Qarabağa görə


"Çoxları məni anlamır, başa düşmürlər. Hətta qohumlarım arasında belə, mənə salam verməyən, mənimlə görüşməyənlər var. Lakin heç nə məni fikrimdən döndərə bilməz".

Tovuz sakini, 55 yaşlı Tağı Hümbətovu Azərbaycanın unikal sakinlərindən biri saymaq olar.

Manevr.az sputnik.az-a istinadən bildirir ki, Tağı onillərdir ki, saçını kəsdirmir.

Səbəbi isə Dağlıq Qarabağın işğalıdır.

25 ildir saçını kəsdirmir: Qarabağa görə

"Dağlıq Qarabağ və erməni işğalında olan digər ərazilərimiz azad edilməyincə saçıma qayçı dəyən deyil. Bu, vətənimin ərazisinin bir hissəsinin erməni işğalında olmasına etirazımın formasıdır", - uzun saçlı Tağı Hümbətov deyir.

4 övladı və 5 nəvəsi olan Tağını Tovuzda ədalətli, vicdanlı, haqsızlığa dözməyən insan kimi tanıyırlar. Lakin saçının həddən ziyadə uzun olması ona ciddi problemlər yaradıb. Qohumları arasında çox adam T.Hümbətova əl verib görüşmək belə, istəmir. İşlə bağlı problemlər də var.

Di gəl, Tağtı Hümbətov inadkardır.

25 ildir saçını kəsdirmir: Qarabağa görə

Qarabağ savaşıi illərində ordumuza yardım etdiyini, avtomobili ilə yaralıları və əsgərləri daşıdığını deyən T.Hümbətov 2-ci qrup əlil olduğundan savaşa qatıla bilmədiyini söyləyir.

İndi o, əlillik müavinəti kimi 120 manat alır.

Taleyindən gileylənmir.

"Ehtiyacı olanlara yardım edirəm. Yaşam prinsipim ədalət və vicdandır. Çox həssas insanam", - deyən Tağı Hümbətov şeir də yazır.

Şeirlərini sadəcə, əzbər bilir. Çünki onun hələ heç bir şeiri dərc olunmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar