Xəbər lenti
Bu uşaq yarım milyon insanı öldürüb -FOTOLAR
Bu uşaq böyüyəcək və vətəndaş müharibəsinə, eləcə də yüz minlərlə insanın ölümünə səbəb olacaq.
Suriya prezidenti Bəşər Əsədin uşaqlıq fotosu yayılıb.
Fotodan da göründüyü kimi, Bəşər Əsəd o zaman 4-5 yaşında olub.
B.Əsəd 1965-ci ildə Dəməşqdə anadan olub. Orta məktəbi bitirdikdən sonra orduda qulluq edib. Daha sonra təhsilini Londonda alıb. İxtisası göz həkimliyidir.
Əsəd 2000-ci ildə atası Hafiz Əsədin ölümündən sonra Suriya prezidenti olub. 2011-ci ildə başlanan “ərəb baharı”ndan sonra onun istefasını tələb edən müxalifətə silahlı hücum edib. 2011-ci ilin mart ayında onun postundan getmək istəməməsi ilə başlanan vətəndaş müharibəsi indiyə qədər davam edir və bütün dünya siyasətinə təsir edən böhrana çevrilib.
Bir sıra ekspertlər Suriya böhranının qlobal güclərin oyunu olduğunu deyirlər. Siyasi proseslərinin analizi də bunu təsdiq edir. Lakin bütün bunlar Əsədin yüz minlərlə işanın ölümünə bais olması gerçəyini dəyişmir. Hətta bu ölümlərin arxasında ABŞ, Rusiya, yaxud digər güclər dayansa da, bu gün Suriya böhranı və orada baş verən faciələr deyəndə göz önünə Əsəd gəlir.
Beş ildir davam edən Suriya müharibəsi nəticəsində 500 minə yaxın insan həlak olub. Onların yarıdan çoxu mülki vətəndaşlardır. Bununla yanaşı, 2 milyona yaxın insan yaralanıb, 13,8 milyon insan əmək qabiliyyətini itirib. 10 milyona yaxın insan qaçqın vəziyyətə düşüb.
Hazırda müharibə davam edir və bu statistikanın artacağı gözləniləndir.publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar