Xəbər lenti
Sumqayıtdakı 2 saylı Doğum Evində körpələri valideynlərə 300-500 manata "satırlar" -RƏZALƏT
Bu gün ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramının qəbul edilməsi ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rol oynayır. Bir neçə xüsusi mərkəzlərin yaradılması, yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması bu sahəyə göstərilən xüsusi qayğının nümunəsidir. Son illərdə respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Bu gün Azərbaycanda ana və uşaqların mühafizəsi işi yüksək səviyyədə həyata keçirilir. Respublikamızda səhiyyənin inkişafının, xüsusilə də ana və uşaqların mühafizəsinin təmin edilməsi istiqamətində aparılan işlər təqdirəlayiqdir.
Demək olar ki, ölkə mediasında Sumqayıt xəstəxanalarında baş verən rüşvətxorluq, korrupsiya halları barədə kifayət qədər materiallar dərc edilib, yazılar verilib.
Təəssüflər olsun ki, bu neqativ hallar hələ də aradan qaldırılmayıb, öz “axarı” ilə davam etməkdədir. Bu işin səbəbkarları yenə də “iş başındadılar.” Xüsusilə, soyğunçuluq, rüşvətxorluq halları doğum evlərində hökm sürməkdədir.
Dəfələrlə İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın səhiyyə sistemində olan problemləri gündəmə gətirib, xoşagəlməz halların aradan qaldırılması üçün sözügedən idarənin müdiri Ələkbər Tağıyevə ciddi tapşırıqlar verib. Bu günlərdə şəhər rəhbəri konkret olaraq 2 saylı doğum evindəki problemlərə toxundu. Və sözügedən xəstəxanadakı çatışmamazlıqların aradan qaldırılması üçün tapşırıq verdi.
Manevr.az xəbər verir ki, Sumqayitfakt.Az-ın araşdırmasına görə, 2 saylı doğum evində doğuşa gələn hər bir anadan 300-500 manat arası rüşvət istənilir. Digər əməliyyatların qiyməti isə daha yüksəkdir. Bütün bu neqativ hallar isə əsasən “xüsusi hazırlanmış”, nəzarət kamerasının olmadığı otaqda həyata keçirilir. Doğum evinin baş həkimi hörmətli Sevinc Məmmədovaya sadə sualımız var: Sizin bu neqativ hallardan xəbəriniz varmı? Varsa, niyə əncam çəkmirsiz? Yoxdursa, məlumat verdik!!! Söz sizindir...
Xatıladaq ki, sözügedən xəstəxananın baş həkimi bir müddət öncə, məhz doğum evində baş verən tüşvətxorluğa, özbaşınalığa görə vəzifəsindən kənarlaşdırılıb.
Sözün bütün mənasında, güc doğana düşdüyü halda, nəyə görə doğuşda 20 dəqiqə, lap elə 1 saat iştirak edən həkimə 300-500 manat rüşvət verilməlidir? Evdar xanım, və yaxud 150-200 manat əməkhaqqı alan müəllim dövlət xəstəxanalarında bütün xidmət pulsuz olduğu halda, bu məbləği kiməsə ödəməlidir?
Həmin ana övladını satmaq məqsədi ilə dünyaya gətirmir axı....Gələcəyin əsgəri, anası doğulur.
Şəhərimizdə görülən bu qədər tikinti-quruculuq, abadlıq işləri fonunda kimlərinsə öz mənafeyini hər şeydən üstün tutub vətəndaşları şəhər rəhbərliyindən narazı salmaları nəyə hesablanıb, bu, bizə aydın deyil. Axı, ilk gündən təhsildə, səhiyyədə və digər sahələrdə rüşvətxorluğun arada qaldırılması üçün idarə, müəsissə rəhbərlərinə Z. Fərəcov ciddi tapşırıqlar verdi və başçının bu addımını şəhər sakinlərəri rəğbətlə qarşıladı.
Bu gün ayağı Sumqayıtdakı 2 saylı Doğum Evinə düşən pasient dünyaya gətirdiyi övlad sevincini yaşamaqla bərabər, həm də uzun müddət orada “bazarlıq” edən ağ xalatlıları da heç zaman “unutmayacaq”. Çünki hər bir ana, valideyn imkanı oldu-olmadı həmin xəstəxanadan körpəsini “pulla almalıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar