Xəbər lenti 
					
 
		Aprel döyüşü şəhidinin ailəsinə ev verildi - FOTO

Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Laçın rayonunun Qarakeçdi kəndində doğulan Ülvin Məmmədovun ailəsi üçün yaşadıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni fərdi yaşayış evi inşa edilib.
Manevr.az-a daxil olan məlumata görə, prezident İlham Əliyevin tapşırığına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni inşa olunmuş fərdi yaşayış evinin açarı şəhidin ailəsinə təqdim olunub.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Taxtakörpü qəsəbəsinin sakinləri şəhid Ülvin Məmmədovun məzarını ziyarət edib, məzarı üstünə əklil qoyublar.
Qeyd edək ki, ümumi sahəsi 18 sot olan torpaq sahəsində inşa edilən 80 m2-lik 3 otaqlı ev hər cür şəraitlə təmin olunub və həyətyanı sahədə 60 ədəd meyvə və dekorativ ağac əkilib.

 
	   
	    
		
		
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















