Xəbər lenti
Azərbaycanın ən yaşlı sakini Naxçıvanda yaşayır
Azərbaycanın ən qocaman sakini Naxçıvanın Şərur rayonu Kürçülü kənd sakini Qönçə Hümbətovadır.
Bu barədə “Şərq qapısı” qəzeti yazıb.
“118 yaşlı bu nənə muxtar respublikamızın ən yaşlı sakinidir. Q.Hümbətova 1898-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunun Qədirli kəndində anadan olub.
1905-ci ildə ermənilərin Qədirli kəndini talan etməsindən sonra o, anası ilə birlikdə Naxçıvana gələrək burada məskunlaşır. Doğulduğu gündən bəri çətin şəraitdə yaşayan bu qadın haradan biləydi ki, hələ qarşıda bundan da əzablı günlər onun yol-yoldaşı olacaq. O, 9 yaşında ikən anasını itirir.
Kənddə xeyirxah insanlar kimi tanınan Mahmud kişi və Şəkər arvad onu öz himayələrinə götürür, övladları kimi qoruyub nəvaziş göstərirlər. 40-cı illərdə Qönçə Hümbətovanın ailəsi Qazaxıstana sürgün edilir.
Üç il burada sürgün olduqları müddətdə çox çətin, hətta səfil vəziyyətdə yaşayan ailənin 4 üzvü acından ölür – ailə başçısı və 3 oğlan övladı.
Qönçə nənənin tək bir oğul övladı həyatda qalsa da, Tanrı ona çox böyük bir ailə – 4 nəvə, 8 nəticə və 16 kötücə nəsib edib. Hazırda 118 yaşın özünü göstərdiyi, nəvazişə ehtiyacı olan bu qadın həmin mehriban ailənin qayğısı ilə əhatələnib”, - deyə qəzet yazır. (oxu.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar