Xəbər lenti 
					
 
		Bu cihazı qoluna tax, nə zaman öləcəyini öyrən
Britaniya alimləri insanın ömrünə nə qədər qaldığını müəyyən etməyi bacaran cihaz hazırlayıblar.
Qola taxılan saata oxşayan cihaza “ölüm indikatoru” adı verilib. O, orqanizmin nə qədər sürətlə qocaldığını müəyyən edir. Lankaster Universitetinin mütəxəssislərinin yaratdıqları qurğu ağrısız lazer şüalanmasının köməyi ilə kapillyarlardakı endotel hüceyrələrin vəziyyətini öyrənir və qocalmanın sürətini hesablayır. Testin nəticələrini 0-dan 100-dək rəqəmlər göstərir. Minimum nəticələr insanın artıq öldüyünü, maksimum nəticə isə sağlamlığın optimal vəziyyətini göstərir.
“Mirror” qəzeti yazır ki, “ölüm indikatoru”nun köməyi ilə ağıl zəifliyi və xərçəng kimi xəstəliklərə diaqnoz qoymaq mümkündür. Qurğunu yaradan fiziklər Aneta Stefanovska və Piter Makklintokun sözlərinə görə, testin nəticələri mütəmadi olaraq məlumat bazalarına köçürüləcək.musavat.com
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















