Xəbər lenti
Azərbaycanda 4 milyon vətəndaşa -XOŞ XƏBƏR

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlaxda İcbari Tibbi Sığorta Sisteminin tətbiqi ilə əlaqədar rayon sakinləri ilə görüş keçirib. Tədbirdə çıxış edən Agentliyini direktoru Zaur Əliyev bildirib ki, aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr, rəsmi işsizlik status olan vətəndaşlar sığorta haqqı ödəməyəcək. Təqribən 4 milyon vətəndaşın sığorta haqqı dövlət tərəfindən ödəniləcək. Artıq İcbari Tibbi Sığortanın baza zərfi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Zərfə təqribən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Lakin dövlət proqramları tərəfindən dəstəklənən bir sıra xəstəliklərin müalicəsi baza zərfinə daxil edilməyib. Gələcəkdə həmin xəstəliklər üzrə də təminat vermək nəzərdən keçirilir.
"Azərbaycanda tətbiq ediləcək modelimiz bəllidir. Sadəcə onun müəyyən bir məqamlarını, detallarını müyyən qurumlarla razılaşdırırıq. Və düşünürəm ki, bu yaxın zamanda təsdiqlənəcək. Gələn ilin əvvəlində Yevlax və Mingəçevir şəhərlərində icbari tibbi sğortanın tətbiqinə start verəcəyik"atv.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar