Xəbər lenti
Elçibəyin başını yaran o şəxsin bədbəxt sonluğu... - Bir şəklin tarixçəsi
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında yayımladığı bu foto 1991-ci ildə çəkilib. Zaman - 29 avqust1991-ci il. Məkan - Elçibəyin qardaşı Almurad Əliyevin evi…
6 gün öncə - 23 avqust (1991) mitinqində yaralanmış Azərbaycan Xalq Cəbhəsinin lideri, gələcək prezident Əbülfəz Elçibəy qardaşının evinə sığınıb.
O zaman xalq hərəkatının lideri Elçibəyin başını kimin yardığı kütlə arasında müzakirə olunur, hamının qınadığı o şəxslə bağlı şayiələr yayılırdı. Kimi deyirdi o, mülki şəxsdir, kimi deyirdi məmur...
Gerçəkdə isə Elçibəyə əl qaldıran o şəxs Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) əməkdaşı idi.
Modern.az-ın məlumatına görə, Əbülfəz Elçibəyin silahdaşları onun başını yaran OMON-çunun adını açıqlamasalar da, olayla bağlı maraqlı əhvalat danışıblar.
Belə ki, Elçibəy prezident seçiləndən sonra bir qrup hərbçi qərara alır ki, yığışıb onun qəbuluna getsin. Məqsəd də bir il öncə onun başını yaranı OMON-çunu işdən qovdurmaq olub...
Hərbçilər çətinliklə də olsa, Elçibəylə görüşürlər... Məsələni bilən Elçibəy yanına gələn hərbçilərə hirslənir: “Qardaşlar əsgər əsgəri satmaz, çalışın belə etməyin...” deyib onları yola salır.
Elçibəy yola saldığı hərbçilərə öyüd-nəsihət də verir ki, həmin OMON-çunun adını orda-burda hallandırmasınlar.
Əbülfəz Elçibəy həmin OMON-çunu işdən qovdurmasa da, o, prezidentlikdə gedəndən sonra adam uzun müddət görəvdə qala bilməyib. Şahidlərin sözlərinə görə, Bakı OMON-unun əməkdaşı olan həmin şəxsi işdə yol verdiyi ciddi nöqsanlara görə öz komandiri qovub...
Deyilənə görə, adamın işi həyatda da düz gətirməyib və sonralar çox pis durumlara düşüb...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar