Xəbər lenti
Borc əvəzinə arvadını təklif etdi - Azərbaycanda

Qaynını öldürməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Seymur Abıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxs Amin Bayramovu öldürməsini belə izah etmişdi: " Borcu var idi. Söhbət edəndə dedi ki, arvadımdan xoşun gəlir? Mən də onu başa saldım ki, ayıbdır. Sonra gedib, adama bir pivə aldıq. İçəndən sonra yenə borcunun qarşılığında arvadını təklif etdi. O an beynim çöndü. Dəmiri yerdən götürüb, bir neçə dəfə vurdum. Elə vuran kimi də öldü. Həyətdə yer qazıb basdırdım".
Qeyd edək ki, ötən il Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini - bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.
Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib.
A.Bayramovun ötən il avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar