Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

67 il sonra Azərbaycan torpağı Nuri Paşanın məzarında - FOTOLAR

Tarix: 29-09-2016 15:27     Baxış: 5529 A- / A+
67 il sonra Azərbaycan torpağı



İstanbulun Ədirnəqapı məzarlığında Nuru Paşanın (Nuri Killigil) və 27 iş yoldaşının dəfn edildiyi məzarlar xeyriyyəçi iş adamı Zəki Yılmaz tərəfindən bərpa edilib və bu münasibətlə geniş tədbir keçirilib.

Manevr.az-ın məlumatına görə, əvvəlcə Nuru Paşa üçün cənazə namazı qılınıb. Azərbaycandan və Killigil ailəsinin vətəni olan Türkiyənin Kastamonu vilayətinin Bozkurt qəsəbəsindən gətirilən torpaqlar Nuru Paşanın məzarına səpilib.


Mərasimdə çıxış edən İstanbul Metropol Bələdiyyəsi muzeylər və kitabxanalar müdiri Ramazan Mindər “Türklük öz tarixinin önəmli günlərindən birini yaşayır. Qafaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarının yenidən düzəldilməsi və keçirdiyimiz bu mərasim iki ölkə arasındakı qardaşlıq duyğularının daha da güclənməsinə xidmət edəcək. Biz müştərək keçmişimizi öyrəndikcə, orada bu günümüz üçün lap çox ortaq nöqtələr tapacaq, bir-birimizə daha çox sarılaraq gələcəyə doğru daha inamlı şəkildə irəliləyəcəyik”, – deyə vurğulayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətinin baş naziri Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Kərim Məhmətzadə ailəsinin Nuru Paşa ilə bağlı xatirələrini səsləndirib.

“Nuru Killigil” kitabının müəllifi Atilla Oral əsərin üzərində 17 il çalışdığını, Nuru Paşanın həyatının yeni səhifələrini açdıqca onun nə qədər böyük adam olduğunu gördüyünü bildirib. A.Oral Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın simvollarından birinin Nuru Killigil olduğunu vurğulayıb.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov da Nuru Paşanın tarixi rolundan danışıb, onun hər iki ölkənin tarixində önəmli yer tutduğunu vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva isə Bakıdakı Türk Şəhidliyindən danışıb. O bildirib ki, Azərbaycan müstəqil olandan sonra ulu öndər Heydər Əliyev Bakıda türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün şəhidlik kompleksi tikdirdiyini xatırladıb. “İstər Bakıdakı şəhidlik, istərsə də Nuru Paşanın buradakı məzarı bizim üçün çox dəyərlidir. Biz bu dəyərlərə müştərək şəkildə sahib çıxsaq, gələcəyə birgə addımlayacağıq. Birlikdə olsaq, öhdəsindən gələ bilməyəcəyimiz heç bir iş olmayacağı kimi, bizi məğlub edəcək heç bir qüvvə də olmayacaq ”, – deyə Q. Paşayeva vurğulayıb.

Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər Əroğan Killigil ailəsinin tarixi barədə məlumat verəndən sonra babasının və ulu əmisinin adlarını daim ən yüksəkdə tutmaqdan şərəf duyduqlarını bildirib. Arzu Ənvər Əroğan, bundan sonrakı mərhələdə babasının və ulu əmisinin Türkiyədə daha yaxşı tanıdılması üçün çalışmağa davam edəcəklərini vurğulayıb.

Tədbirə Türkiyə və Azərbaycanın ictimai xadimləri, aydınları ilə yanaşı Türk dünyasının bir çox QHT və ziyalıları da qatılıb.


Manevr.az

67 il sonra Azərbaycan torpağı
67 il sonra Azərbaycan torpağı
67 il sonra Azərbaycan torpağı
67 il sonra Azərbaycan torpağı
67 il sonra Azərbaycan torpağı
67 il sonra Azərbaycan torpağı
67 il sonra Azərbaycan torpağı
67 il sonra Azərbaycan torpağı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar