Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

"İctimai mənafe daşıyıcıları heç zaman millət düşməni ola bilməz"- Şahlar ƏSGƏROV

Tarix: 20-01-2018 19:15     Baxış: 1946 A- / A+
"İctimai mənafe daşıyıcıları heç zaman millət düşməni ola bilməz"- Şahlar ƏSGƏROV


Son zamanlar jurnalist adı daşımağa iddialı olan bəzi şəxslərin Azərbaycanın elm və ədəbi mühitinin aparıcı şəxsləri haqda yersiz iddiaları gündəmi zəbt etməkdədir. Əvvəl Xalq şairi B. Vahabzadə, sonra isə sevimli şair, ictimai xadim Xəlil Rza Ulutürk haqda yazılanlar ictimaiyyətin narazılığına səbəb oldu.

Manevr.az xəbər verir ki, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun bu haqda söylədiyi fikir çox doğru və orijinaldır. Professor bu münasibətlə yazır: "Son zamanlar Xəlil Rza Ulutürkə daş atanlar çoxalıb, onlara bir-iki cümlə sözüm var:
"Firəngiz, gözün aydın, oğlun vətən yolunda şəhid oldu" düşüncəsinin sahibinə atılan bu çirkab ictimai şüurun hansı səviyyədə və düşmənlərin əlinin necə uzun olduğunu göstərir. Üstəlik, Xəlil Rza şəxsi mənafe daşıyıcısı yox, ictimai mənafe daşıyıcısı olub. X. R. Ulutürkü xalq düşməni kimi qələmə verənlər bilməlidir ki, ictimai mənafe daşıyıcıları heç zaman millət düşməni ola bilməz. Millət düşmənlərini şəxsi mənafe daşıyıcılarının içərisində axtarmaq lazımdır."
Sözardı olaraq qeyd edək ki, Vətən üçün dünyada ən qiymətli mirasından-övladından keçən insana "KQB agenti" damğası vurmaq, onu "xalq düşməni" adlandırmaq heç bir etik normaya sığmır. Ümid edirik ki, xalqımız zaman-zaman X. R. Ulutürkü, eləcə də Vətən uğrunda şəhid olmuş minlərlə həmvətənimizi daim yad edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar