Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Fazil Məmmədov həbs olunacaq - İLGİNC GƏLİŞMƏ

Tarix: 11-01-2018 10:34     Baxış: 1307 A- / A+
Fazil Məmmədov həbs olunacaq - İLGİNC GƏLİŞMƏ

Sabiq vergilər naziri Fazil Məmmədovun həbsi üçün hüquqi baza formalaşır.

Bu haqda məlumatı "Yeni Müsavat” qəzeti yayıb. Xəbərdə bildirilir ki, 9 şirkət və bir fiziki şəxsin Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verməsi bu istiqamətdə növbəti addımdır.

Qəzet yazır: "Məsələ ondadır ki, Lokal Gəlirlər Departamenti orta və kiçik sahibkarlara divan tutan əsas qurum olub. Məhz həmin orqanın əməkdaşları iş adamlarını aylıq, illik "haqq”a oturdublar, dövlət büdcəsinə çatmalı olan pulları mənimsəyiblər. Fakt isə ondan ibarətdir ki, bu qurumun rəhbər şəxsləri birbaşa Fazil Məmmədovun ən yaxın adamları olub. Şübhəsiz ki, buradakı proseslər nazirdən xəbərsiz həyata keçirilməyib.

Fazil Məmmədov vəzifədən çıxarıldıqdan dərhal sonra bu qurumun əməkdaşlarına qarşı məhkəmədə iddia qaldırılması onu göstərir ki, şirkət rəhbərləri illər ərzində zülmə məruz qalıblar və hüquqlarının bərpasına çalışırlar.

Faktiki olaraq proseslərin Fazil Məmmədovun qandallanmasına doğru irəlilədiyi göz önündədir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar