Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Dəhşətli etiraf: Anam başqa kişiyə mesaj yazırdı...- Bakıda

Tarix: 06-01-2018 16:40     Baxış: 1504 A- / A+
Dəhşətli etiraf: Anam başqa kişiyə mesaj yazırdı...- Bakıda

Bakıda qısqanclıq zəminində anasını öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabovun barəsində olan hökmdən verilmiş kasasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Qətl hadisəsi 2015-ci ilin iyul ayının 6-da Nizami rayonunda baş verib.

Rayonun Mehdi Abbasov küçəsi, ev 33-də yaşayan Siyavuş Zöhrabov qısqanclıq zəminində 1970-ci il təvəllüdlü anası Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən şəxs Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

Siyavuş Zöhrabov anasına təxminən 10 bıçaq zərbəsi vurub. İstintaqın gedişatından məlum olub ki, Tahirə Zöhrabova bir müddət əvvəl ərindən boşanıb, üç uşaqdan ikisi atası, Siyavuş Zöhrabov isə anası ilə yaşayıb.

O, ilkin ifadəsində anasının telefonda başqa bir şəxslə mesajlaşmasını gördüyünü bildirib. Qətli də bu səbəbdən törətdiyini deyib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Siyavuş Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qərardan narazı qalan məhkum apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi onun apelyasiya şikayətini təmin etməyib. Siyavuş Zöhrabov daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Siyavuş Zöhrabovun kasasiya şikayəti təmin edilməyib.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar