Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

İtkin düşən alpinistlərimiz qarın altındadırlar, donublar - Rəsmi

Tarix: 03-01-2018 14:08     Baxış: 1846 A- / A+
İtkin düşən alpinistlərimiz qarın altındadırlar, donublar - Rəsmi

Məlum olduğu kimi, "Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.

Bir həftədir Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları tapmaq üçün axtarış işləri aparsalar da, alpinistlərin izinə rast gəlinməyib. Bu da onların yaxınlarının və cəmiyyətin əsəblərini tarıma çəkib, hər kəs narahatdır. Axtarış üçün yaradılmış qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev məsələ ilə bağlı xeber365.com-a danışıb.

Manevr.az xəbər verir ki, Mirzəyev alpinistlərin 10-15 metr qarın altında qaldıqları qənaətindədir:

"Hələ ki, heç nə deyə bilmirəm... Allahın möcüzəsi olur. Onlar uçquna düşüb, hardasa 10-15 metr qarın altındadırlar. Ümumiyyətlə, belədir ki, qarda bir neçə saat hərəkətsiz qaldıqda insan donur. Aydın məsələdir ki, donublar orada. Biz özümüz orada yarım saat, bir saat hərəkətsiz qalsaq, bədənimiz donar. Ancaq dediyim kimi, biz ümidimizi üzmürük. Sizi əmin edirəm ki, vicdanla, canla-başla axtarışlarımızı davam etdiririk".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar