Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

40 il qabaq arvadını məktəbdə kişi ilə tutdu, bu il isə... - Yevlaxda QANDODURACAQ OLAY

Tarix: 24-12-2017 17:44     Baxış: 31 407 A- / A+
40 il qabaq arvadını məktəbdə kişi ilə tutdu, bu il isə... - Yevlaxda QANDODURACAQ OLAY

Yevlaxda qəsdən adam öldürməkdə təqsirli bilinən 1948-ci il təvəllüdlü Azaq Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Azaq Musayev 1979-cu ildə vəfat etmiş arvadı Zemfira Musayevanın ölümündən bir neçə il əvvəl Yevlax rayonunun Marzılı kənd orta məktəbində müəllim işlədiyi zaman iş yoldaşı Tağı Qurbanov ilə aralarında intim münasibətlərin olmasından şübhələnib.
38 il əvvəlki qısqanclıq

Azaq Musayev 38 ildən sonra bu bəhanə ilə heç bir əsaslı səbəb olmadan 1993-cü ildən Yevlax rayonunun Hacıselli kənd orta məktəbinin direktoru vəzifəsində çalışan Tağı Qurbanovu qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə o, 29 mart 2017-ci il tarixdə, saat 14.00-da atasından ona yadigar qalmış ov tüfəngini götürərək idarə etdiyi Vaz-2106 markalı avtomobilin yük yerinə qoyub. Sonra Hacıselli kənd orta məktəbinin qarşısına gedib. Orada Tağı Qurbanovun məktəbdən çıxmasını gözləyib.

Qətl və ittiham

Bir qədər sonra Tağı Qurbanov öz müavini Xəyyam Əliyev ilə birlikdə məktəbin həyətindən çıxaraq avtobus dayanacağına yollanıb. Bu zaman Azaq Musayev sözü olduğunu deyərək, Tağı Qurbanovu yanına çağırıb. Tağı Qurbanov ona tərəf yaxınlaşan zaman ov tüfəngini götürüb və ona tuşlayaq atəş açıb. Tağı Qurbanov aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

İstintaq orqanı tərəfindən Azaq Musayevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib. Onun barəsində olan cinayət işi araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Şirvan Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
"Yadigar adlı oğlum dünyaya gəldi"

Təqsirləndirilən şəxs qismində ifadə verən Azaq Musayev özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O, ifadəsində göstərib ki, keçmiş həyat yoldaşım Zemfira İbrahimova ilə 1972-ci ildə ailə həyatı qurub: "1973-cü ildə birgə nikahımızdan bir oğlumuz doğulub. 1979-cu ildə isə Zemfira növbəti doğuş zamanı vəfat etdi. Lakin Yadigar adlı oğlum dünyaya gəldi. Arvadımın ölümündən dörd ay sonra Hökümə adlı qadınla ikinci dəfə ailə qurdum".

"Ondan nə etdiyini soruşdum"

Azaq Musayevin sözlərinə görə, arvadı Zemfira Hacıselli kənd orta məktəbində ibtidai sinif müəlliməsi işlədiyi vaxt, bir dəfə işdən evə qayıdarkən Zemfiranın evə gedib-getmədiyini bilmək üçün məktəbə daxil olub: "Zemfiranın dərs keçdiyi sinfin qapısını açanda gördüm ki, həmin məktəbin müəllimi Tağı Qurbanovla yanbayan oturub. Sinfə daxil olduqda isə Tağı ayağa durdu və otağın küncünə tərəf getdi. Zemfira evə gəldikdən sonra ondan Tağı Qurbanovla nə etdiyini soruşdum. Arvadım sadəcə söhbət etdiklərini bildirdi. Həmin vaxt onların arasında sevgi münasibətlərinin olması ağlıma gəlmədi. Ancaq sonradan bundan şübhələnməyə başladım. Bir dəfə Tağı ilə üzbəüz gələrkən ona "bu nə alçaqlıqdır, sən edirsən" dedim. O, isə "yaxşı elədim" dedi".

"Niyə sinfin qapısı bağlı idi?"

Təqsirləndirilən bildirib ki, təxminən mart ayının ortalarında Hacıselli kəndində yas mərasimində olarkən Tağı Qurbanov da ora gəlib: "Tağı Qurbanov oturduğum masanın qabağında mənimlə qəsdən üzbəüz oturdu. Həmin vaxt əsəbiləşərək məclisi tərk etdim. Baxmayaraq ki, Tağı ilə əvvəllər yaxşı münasibətdə olmuşuq, bir məktəbdə oxumuşuq, amma o, mənə qarşı belə bir alçaqlıq edib. Əgər arvadımla onun arasında heç nə yox idisə, niyə sinfin qapısı bağlı idi? Ona görə onu öldürmək qərarına gəldim".

"Tağını öldürə bilmədim"

Azaq Musayevin sözlərinə görə, arvadı ilə Tağını bir sinifdə yanaşı oturmaqdan başqa, onların əlaqədə olmasını təsdiq edən heç nə görməyib: "Ancaq bir müddət keçdikdən sonra şübhələnməyə başladım. Tağını hər dəfə görəndə mənə pislik etdiyini hiss edirdim. 2000-ci ildən sonra mərhum Yusif adlı şəxs də onların arasında münasibətlərinin olduğunu mənə demişdi. Lakin bunu eşidən zaman başım işə qarışdığından, həmin vaxt Tağını öldürə bilmədim. Amma onu öldürmək beynimə batdı. Tağı ilə çox rastlaşmırdım, çünki o, kənddən şəhərə köçmüşdü. Zemfira ilə Tağını sinifdə birlikdə görəndən sonra arvadımla bir neçə ay yaşadıq. Amma onun mənə olan münasibətində heç bir dəyişiklik sezmədim. Həmin vaxt onlardan şübhələnmirdim. Tağıdan niyə bu alçaqlığı mənə etdiyini soruşanda o mənə "yaxşı, yaxşı" yox, "yaxşı elədim" dedi. Bu söhbətdən sonra Tağı ilə rastlaşmadım. Tağı Qurbanov mənə qarşı düzgün hərəkət etmədi. Buna görə də onu öldürdüm".

"Dedi ki, atamı Azaq qətlə yetirib"

Zərərçəkmiş şəxsin hüquqi varisi Kənan Qurbanov bildirib ki, Tağı Qurbanov onun atasıdır: "Atam 1993-cü ildən Yevlax rayonunun Hacıselli kənd orta məktəbinin direktoru vəzifəsində işləyib. Atam ailə üzvləri ilə birlikdə 1998-ci ilədək Yevlax rayonunun Marzılı kəndində yaşayıb. Azaq Musayevi həmin kəndin sakini kimi qiyabi olaraq tanımışam".

Kənan Qurbanovun sözlərinə görə, 29 mart 2017-ci ildə, saat 14-də nahardan işə qayıtdıqdan bir az sonra həyat yoldaşı Aynurə ona zəng edib və atası Tağının narahat olduğunu, onda təzyiq probleminin yarandığını bildirib: "Atamın işlədiyi kəndə getməyə hazırlaşarkən, atamın işlədiyi məktəbdə qarovulçu Asif mənə zəng etdi. O, atamın öldüyünü bildirdi. Qayınım ilə birlikdə kəndə getdik. Hadisə yerinə çatanda Çərkəz müəllim dedi ki, atamı Marzılı kənd sakini Azaq Musayev qətlə yetirib".

Hüquqi varis qeyd edib ki, onun əvvəllər atası ilə Azaq Musayev arasında hər hansı bir mübahisə və ya münaqişə olmayıb: "Azaq Musayevdən şikayətçiyım. Ona daha ağır cəza təyin edilməsini istəyirəm".

15 il cəza

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azaq Musayev 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Azaq Musayev apelyasiya şikayəti verib.

O, ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsini, sanksiyanın həmin maddənin sanksiyasının aşağı həddində ona cəza təyin olunması barədə yeni hökm qəbul edilməsini xahiş edib.

Həmçinin zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Qisqanclıq ağla batan deyil"

Hökmdən narazı qalan zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Zərərçəkmiş şəxsin hüquqi varisi Kənan Qurbanovun nümayəndəsi Çingiz Məmmədov apelyasiya şikayətində qeyd edib ki, müdafiə tərəfinin apelyasiya şikayəti əsassızdır: "Həmin şikayətdə heç bir hüquqi əhəmiyyət kəsb edən fakt müvcud deyil. Təqsirləndirilən şəxs Azaq Musayevin keçirdiyi hisslərə istinad edilərək cinayətin qısqanclıq zəmnində törədilməsini iddia etmək işin halları nəzərə alınmaqla, ağlabatan deyil. Hadisədən az qala 40 il keçir, nəinki, bunun əsasında cinayət törətmək, hətta həmin hadisəni yadda saxlamaq belə çətindir. Cinayət hüququnda motivlər dərk edilən və dərk edilməyən motivlərə bölünür. Dərk edilməyən motivlərə tələbat, davranış, ideya, dünya görüşü aiddir və sözsüz xuliqanlıq kimi tövsif edilməlidir".

"Aşağı həddə cəza verilib"

Təqsirləndirilən bildirib ki, hazırkı işdə də təqsirləndirilən şəxsin motivi dərk edilməyən kimi qiymətləndirilməlidir: "Ona görə də, hökmdə məhkəmənin hüquq normasının tətbiqi ilə əlaqədar olaraq heç bir etirazımız yoxdur. Ancaq cəza təyin edilərkən maddə üzrə aşağı hədd çərçivəsində cəza verilib. Yəni bu cəza yüngül cəza hesab olunur. Tövsif olunan maddədə 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Aşağı hədd 14 ildir, məhkəmə isə cəmi 15 il azadlaqıdan məhrumetmə cəzası verib. Yəni bu maddənin sanksiyasında ən aşağı həddir. Odur ki, təqsirləndirilən şəxsin müdafiəçisi Kamil Yunusovun apelyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin apelyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirik".

İş üzrə çıxan prokuror Mazan Fətəliyev bildirib ki, təqsirləndirilən şəxs Azaq Musayevin özünün də etiraf etdiyi kimi, o, arvadının Tağı Qurbanovla yanaşı oturmaqdan başqa onların münasibətdə olduğunu təsdiq edən başqa bir şey görməyib: "Həmin fakt qısqanclıq üçün yetərli səbəb ola bilməz. Ona görə də, onun əməli xuliqanlıq kimi tövsif edilməlidir. Birinci instansiya məhkəməsi ona verilən ittiham daxilində işə baxmış və düzgün nəticəyə gəlib. Təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunub, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlib. Törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, təqsirləndirilən şəxs Azaq Musayevə qanuni və ədalətli cəza təyin edib. Təqsirləndirilən şəxsin müdafiəçisi Kamil Yunusov və zərərçəkmiş şəxsin hüquqi varisi Kənan Qurbanovun verdikləri apelyasiya şikayətlərinin dəlilləri əsassızdır".

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, tərəflərin apelyasiya şikayətləri təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar