Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Məmməd Əmin Rəsulzadə, Şah İsmayıl Xətai TÜRK DEYİL"-deputatdan ağılasığmaz AÇIQLAMA

Tarix: 23-12-2017 14:43     Baxış: 21 425 A- / A+
"Məmməd Əmin Rəsulzadə, Şah İsmayıl Xətai TÜRK DEYİL"-deputatdan ağılasığmaz AÇIQLAMA


"Babək də, Şah İsmayıl da, Rəsulzadə də türk deyil..."

İllərdən bəridir Azərbaycan əhalisinin etnik mənşə etibarilə türk olmadığını sübut etməyə çalışan və özünü antitürk ovqatlı biri kimi tanıdan deputat Araz Əlizadə öz ampluasına sadiq qalar yeni fikirlər irəlü sürüb.

Manevr.az xəbəbər verir ki, teleqraf.com-a müsahibə verən Sosial Demokrat Partiyasının sədri Azərbaycanın tarixi simalarının milli kimliyinə dair danışıb.

Sovet dövründə Bakıda yaşayan ermənilərin "çox yaxşı" olduqlarını, Ermənistan ermənilərinin onlara “şuvstvo”, yəni "evrilmiş ermənilər" dediklərini xatırlayan deputat bildirib ki, onun özünün Azərbaycan xalqı üçün heç bir xidməti olmayıb və siyasətə Qarabağ deyib gəlib.

Rusiyaya meyilli adam kimi qələmə verilməsilə, “beşinci kolon” adlandırılması ilə razılaşmayan A.Əlizadə deyib ki, Rusiyaya meyilli siyasət apardığımı deyən insanlardan hansısa biri Yeltsinə açıq məktub yaza bilərdi: "Mən Yeltsinə açıq məktub yazmışdım ki, istefaya getməlidir. Çünki keçmiş SSRİ-də bütün demokratik hərəkatlar Rusiyadan nümunə götürürdülər. Yeltsinin Rusiyada hakimiyyətdə olması ona gətirib çıxardı ki, yerlərdə demokratiya yoxdur".
"Məmməd Əmin Rəsulzadə, Şah İsmayıl Xətai TÜRK DEYİL"-deputatdan ağılasığmaz AÇIQLAMA

Daha sonra deputat deyib ki, "bizim millətçilər Azərbaycan yox, türk millətçiləridirlər: "Biz isə türk deyilik, azərbaycanlıyıq". O, fikrini əsaslandırmaq üçün əlavə edib: "Götürün antropoloji kitablara baxın. Azərbaycanlılar Hind-Avropa irqinə, türklər isə sarı irqə mənsubdurlar. Antropologiya riyaziyyat kimi dəqiq elmdir. Yeni bir elm var: qaploqrup. Bizdə bununla məşğul olan yoxdur. Amma internetə daxil olun və görərsiniz ki, qana görə hansı millət hansına yaxın və hansı millətdən uzaqdır. Biz türkdilliyik və dünyadakı ən mükəmməl türk dili bizdədir. Amma türk deyilik".

A.Əlizadə əsər istilasına qarşı vuruşmuş qəhrəman Babəkin, eləcə də Səvəfi hökmdarı Şah İsmayıl Xətainin də türk olmadığını iddia edib, Məmməd Əmin Rəsulzadənin isə həyatının son dövründə türk olduğunu bildirib.

Jurnalistin "Bəs əvvəl kim idi?" sualına deputatın cavabı belə olub: "Özünüz baxın, oxuyun. Elə hamısın mən deməliyəm ki, sabah da məni söyəsiniz? (gülür) Ümumiyyətlə, insan özünü nə sayırsa odur. Siz özünüzə türk deyirsinizsə, türksünüz. Kim özünü moltanı hesab edirsə, moltanıdır... ".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar