Xəbər lenti
7 rayon və 1 şəhərin avtomobil nömrələri dəyişdiriləcək -PULSUZ
Naxçıvanda mövcud olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə başlanılıb. Manevr.az naxcivanxeberleri.com saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev açıqlama verib.
O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq muxtar respublikanın rayonlarına aşağıdakı seriya nömrələri verilib:
Babək – 67
Şərur – 68
Ordubad – 69
Şahbuz - 71
Culfa – 72
Sədərək – 73
Kəngərli – 74
Naxçıvan şəhəri – 75
Rəis həmçinin bildirib ki, muxtar respublika rəhbərliyinin tapşırığına əsasən nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının dəyişdirilməsi üçün heç bir dövlət rüsumu, ödəniş tələb olunmur və bu prosses tədricən həyata keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl 85 seriyası bütün Naxçıvan Muxtar Respublikasının vahid dövlət qeydiyyat nişanı kimi qəbul olunmuşdu.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar