Xəbər lenti
Azərbaycan təhsilində şok: 70 universitet ləğv olunur?
“Təhsil sistemində, ümumiyyətlə, universitetlərdə elmin inkişafına çalışmaq lazımdır”.
Bunu aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə AMEA ilə təhsil sisteminin birləşə biləcəyi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. O, bildirib ki, ali təhsil müəssisələrində elmi gücləndirmək lazımdır:
“Bu gün Azərbaycanda 100-dən yuxarı universitet fəaliyyət göstərir. Bu, böyük rəqəmdir. Məncə 100 deyil, 20-30 güclü universitetin yaradılmasına ehtiyac var. Söhbət universitetlərin birləşməsindən, iqtisadi vəziyyətlərinin yaxşılaşmasıdan, təhsilin keyfiyyətinin yüksəldilməsindən və tələbə sayının artırılmasından gedir. İqtisadi potensialı yüksək olan universitetlər öz nəzdində təhsili, elmi inkişaf etdirə bilər”.
Asim Mollazadə Azərbaycan Milli Elmlər Akademiyasının SSRİ dövründən qalmış sistem olduğunu vurğulayıb: “Tədricən bu sistemi xüsusi olaraq, fundamental elmi universitetlərə, kommersiya imkanları olan elmi-tədqiqat universitetlərinə birləşdirmək olar. Onlar öz-özünü maliyyələşdirə bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar