Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı alimə edam hökmü elan edildi

Tarix: 13-12-2017 11:50     Baxış: 5886 A- / A+
Azərbaycanlı alimə edam hökmü elan edildi
Təbrizli araşdırmaçı-alim Prof. Dr. Əhmədrza Calali haqda çıxarılan edam hökmü ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Manevr.az milli.az-a istinadən xəbər verir ki, "İran Wire"in yaydığı məlumata görə, Əhmədrza Calalinin vəkili Dəbir Dəryabeygi artıq təsdiq edilmiş edam hökmünü müvəkkilinin anasına göstərib.

Əhmədrza Calalinin anası isə bildirir ki, iki gün öncə edam hökmünün təsdiq edildiyini eşidib: "Həmən oğlumun vəkilinə zəng etdim. O bildirdi ki, "bu şayiədir, hələlik Ali Məhkəmə bu barədə qərar verməyib. Lakin bu gün vəkil hökmün təsdiq edildiyi ilə bağlı sənədi alıb".

Hakim Abbas Cəfəri Dolətabadi oktyabr ayında Əhmədrza Calalini casusluqda günahlandırıb. İddiaya görə, o, bəzi iranlı nüvə alimləri ilə bağlı "Mossad"a məlumat ötürüb. Alimin özü, ailəsi və vəkilləri bu ittihamı qətiyyətlə rədd edir.

Mətbuatda yayılan xəbərə görə, təbrizli alim İslam İnqilabı Keşikçilər Korpusu ("Sepah") və digər təhlükəsizlik qüvvələri ilə gizli əməkdaşlıq təklifindən imtina etdiyinə görə edam cəzasına məhkum edilib.

Azərbaycanlı alimin anası bir istəyi olduğunu bildirir: "Bizim səsimizi dünya ictimaiyyətinə çatdırın. Deyin ki, Əhmədrza məhkəmə prosesinin açıq və sərbəst mühitdə keçirilməsini istəyir. Qoy oğlumun günahı varsa, açıq desinlər və bütün insanlar buna şahid olsun. Biz yalnız bunu tələb edirik", - deyə o vurğulayıb.
Qondarma ittihamla üzləşən azərbaycanlı alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb. O, 9 il əvvəl İsveçin Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Prof. Əhmədrza Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o, İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində çalışıb.

Əhmədrza Calali Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib. Məhkəmə prosesinin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.

Edam hökmü oktyabrın 21-də elan olunub.

Əhmədrza Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O, Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə məhdudiyyətlər qoyulub. Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası keçirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar