Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Nazirlikdə Mavi balina toplantısı - Məktəblərə XƏBƏRDARLIQ edildi

Tarix: 09-12-2017 18:08     Baxış: 3308 A- / A+
Nazirlikdə Mavi balina toplantısı - Məktəblərə XƏBƏRDARLIQ edildi
Təhsil Nazirliyi məktəb direktorlarına uşaqlar arasında intihara səbəb olan "Mavi balina" oyunu ilə bağlı xəbərdarlıq edib.
Paytaxt məktəblərinin birinin direktoru tərəfindən axar.az-a verilən məlumata görə, bununla bağlı nazirlikdə toplantı keçirilib.
Tədbirə çağırılan məktəb direktorlarına həmin təhlükəli oyunla bağlı tapşırıqlar verilib. Onların nəzərinə çatdırılıb ki, son vaxtlar şagirdləri intihara təhrik edən "Mavi balina" oyunu barədə dərslərdə maarifləndirici mühazirə keçirilsin.
Nazirlikdən deyilib ki, dərs saatında şagirdlərlə söhbətlər aparılsın, bu oyunun qorxulu və zərərli olduğu uşaqlara çatdırılsın. Bu işlər müəllimlərə və sinif rəhbərlərinə həvalə olunub.
Mütəxəssislər və psixoloqlar bu növ oyunların virtual aləmdə sürətlə yayıldığını və azyaşlılara ciddi təsir göstərdiyini bildirib.
Onlar bu cür ciddi halların qarşısını almaq üçün xüsusilə azyaşlıların intenetdən istifadəsinə nəzarət etmək və real həyata bağlı şəkildə tərbiyə etmək lazım olduğunu tövsiyə ediblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar