Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

"AXC-nin əsl adı fərqlidir..." - Tədqiqatçıdan SENSASİYALI İDDİA

Tarix: 09-12-2017 16:26     Baxış: 4551 A- / A+
"AXC-nin əsl adı fərqlidir..." - Tədqiqatçıdan SENSASİYALI İDDİA


Azərbaycan Xalq Cümhuriyyətinin adı rəsmi sənədlərdə fərqlidir.

Manevr.az xəbər verir ki, bu sözləri tədqiqatçı-alim, professor Ədalət Tahirzadə deyib.

Alimin sözlərinə görə, 1918-ci il mayın 28-də elan olunmuş, 1920-ci il aprelin 28-də süquta uğramış milli dövlətimiz özünü Azərbaycan Cümhuriyyəti adlandırıb: "Mən həmin dövrün bütün dövlət sənədlərini, nazirliklərin, idarələrin möhürlərini araşdırmışam. Bir çox sənədlərə baxmışam. Hər yerdə ölkənin adı Azərbaycan Cümhuriyyəti kimi qeyd olunub".

Ədalət Tahirzadə bildirib ki, xalq cümhuriyyəti ifadəsi yalnız İstiqlal Bəyannaməsində yer alıb: "Bəyannamənin 2-ci bəndində deyilir: "Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor". Yəni müstəqil Azərbaycan dövləti özünə xalq cümhuriyyəti idarəetmə üsulunu seçir. Bu ifadə dövlətin rəsmi adı sayılmayıb".

Azərbaycan tarixçiliyində, eləcə də ictimai fikirdə ilk milli dövlətimiz Azərbaycan Xalq Cümhuriyyəti (AXC) adı ilə qeyd olunub. Bəzi hallarda həmin dövlətə Azərbaycan Demokratik Respublikası da (ADR) demişik. Bundan sonra o, necə adlanmalıdır?

Başqa alim və tədqiqtaçıların da fikir və şərhini saytmızda təqdim etməyə hazırıq./teleqraf.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar