Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan üçün ağır şərt - 7 rayon qaytarılır, qarşılığında nə itiririk?

Tarix: 16-11-2017 21:00     Baxış: 72 696 A- / A+
Azərbaycan üçün ağır şərt - 7 rayon qaytarılır, qarşılığında nə itiririk?
"Mən hesab etmirəm ki, Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşlərin intensivliyinin artması və ya Lavrovun yeni ideyaları problemin həllini sürətləndirə bilər”.

Manevr.az xəbər verir ki, bu fikirləri a24.az-a politoloq Elxan Şahinoğlu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycana səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi ilə bağlı keçirilən görüşlərin intensivliyi artıb.

"Türkiyə prezidenti Moskvaya gedəndə görüşdən əvvəl də söyləmişdi ki, Qarabağı müzakirə edəcək. Hətta bildirmişdi ki, Putin istəsə, məsələnin həllini sürətləndirə bilər. Çünki Rusiyanın Ermənistan hakimiyyətinə təsiri böyükdür. Amma prezidentlərin mətbuat konfransında Qarabağ haqqında bir kəlmə də deyilmədi. Mümkündür ki, qapalı keçirilən görüşdə bu məsələni qaldırıb. Putinin marağı olub, ya olmayıb, bunu demək çətindir.

Ard-arda Ermənistan xarici işlər nazirini, daha sonra prezidentini Moskvaya çağırdılar. Çox keçmədi, Azərbaycanın xarici işlər nazir Moskvaya getdi. İndi də Lavrov gəlir. Sanki Qarabağ münaqişənin həllində intensivlik hiss olunur. Mən hesab etmirəm ki, intensivliyin artması və ya Lavrovun yeni ideyaları münaqişənin həllini sürətləndirə bilər. Əlbəttə, bizim üçün vacib olan ilkin mərhələdə ətraf rayonların boşaldılmasıdır.

Sadəcə bilmirik ki, qarşılığında bizdən nə tələb edəcəklər. Ola bilər ki, şərtlər bizim üçün ağır olsun. Müstəqilliyimizi, Qarabağı itirə bilərik. Bu baxımdan Lavrovun planının necə formalaşdığı, əsas tezislərin nədən ibarət olduğu, məcburi köçkünlərin geri qayıdarkən təhlükəsizlik məsələlərinin necə həll olunacağı sualları açıq qalır. Cavab tapmadıqca da Lavrovun səfərindən və yeni ideyasından yaxşı heç nə gözləmirəm”.

"Sizcə, Azərbaycanı məmnun edəcək bir təklifi ola bilməz?" sualına gəlincə, politoloq "Rusiya bu günədək bizi məmnun edəcək bir təklif veribmi? Tam əksinə, Ermənistana dəstəyini artırıb, onlara silah almaq üçün kredit verib. Bunlar Azərbaycana xoş olmayan addımlardır. Bu baxımdan Rusiyanın münaqişənin ədalətli həllinin sürətləndirəcəyi ciddi suallar doğurur” - deyə əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar