Xəbər lenti
"Çalış onu göndər bura..." - "Qoca"nın Kürdəxanıdan yeni görüntüsü -VIDEO

Bakı-Astara-Bakı qatarından qaçan kriminal avtoritet Qoca ləqəbli Etibar Məmmədovun Kürdəxanı həbsxanasında olarkən çəkilmiş görüntüləri yayılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, video görüntüdə Etibar Məmmədovun yanına gələn şəxslər onun həbsxana həyatı ilə maraqlanır və gələcək günlar üçün planları barədə danışırlar.
E.Məmmədovun yanına gələn şəxslərdən biri icbari həbsdə olduğunu deyir. O, həbs olunmaması üçün rüşvət verdiyini də açıqlayır.
Daha sonra "Qoca” adının çəkmədiyi insanı məhkəməyə gətirməsini tələb edib: "Çalış onu gətir. Denən ki, Qoca səni məhkəmədə görmək istəyir”.
Etibar Məmmədov yanına gələn şəxs Sulutəpə uşaqlarının ona salam göndərdiyini deyir.
Qeyd edək ki, Bakının Qaradağ rayonunda "Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində əməliyyat keçirilib. Əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.
Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.
"Qoca” ləqəbli avtoritet yük avtomobili ilə Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.
Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğlu və 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar