Xəbər lenti
Nazirliyin sabiq əməkdaşına hökm oxundu - O KÖRPƏSİ İLƏ HƏBSXANAYA YOLLANDI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.
Manevr.az report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmədə hökmü ilə S.Mansurova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Ev dustaqlığında olan A.Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib. O, 1 yaşlı övladını da özü ilə həbsxanaya aparıb.
Xatırladaq ki, prokuror çıxışında hər iki qadının 9 il azadlıqdan məhrum edilməsini istəyib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslər işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqdirli bilinirlər.
S.Mansurova məhkəmədə 5 dil bildiyini, 1989-cu ildən Xəzər rayonunda uşaq poliklinikasında həkim-pediatr işləyib. O, YAP-ın, Seçki Komissiyasının üzvü olub.
S.Mansurova A.Bağırovanı 2014-cü ildə tanıdığını və uşağını həmin poliklinikaya qeydiyyata saldığını deyib.
Aralarında yaran münasibətdən sonra S.Mansurova A.Bağırovaya ona işə düzəltmək üçün adam tapmasını istəyib. A.Bağırova da vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyib.
S.Mansurova həmin vəzifəli şəxslərlə əlaqə qurmaq üçün A.Bağırovanın təklifi ilə razılaşdığını söyləyib.
Qeyd edək ki, S.Mansurova həbsdədir. A.Bağırova barəsində is həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.
Hər iki qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar