Xəbər lenti
“Qadın kaloniyası”nın körpə “məhkumlar”ı...
Azərbaycanda müxtəlif cinayətlər törədərək cəzaçəkmə müəssisələrinə düşən qadın məhkumların sayı artıb. Bu barədə modern.az-a 4 saylı cəzaçəkmə müəssisəsindəki qadın məhkumlarla görüşdən sonra Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.
Azərbaycanda qadın məhkumların sayı artıb
Ə.Nuriyevin sözlərinə görə, qadın məhkumların sayı 470 nəfəri keçib:
“Bu görüşdə məqsəd Konstitusiya Araşdırmaları Fondunun adından gənclər tərəfindən toplanmış100-dən çox kitabın qadınlara təqdim edilməsi idi. Eyni zamanda, onların problemlərilə maraqlandıq. Onların əsas problemi azadlığa çıxandan sonrakı həyata başlaması ilə bağlıdır. Bizi narahat edən məsələ qadın məhkumların sayının artmasıdır. Hazırda onların sayı 470 nəfəri keçib. Buna baxmayaraq, cəza çəkmə müəssisələrində yetkinlik yaşına çatmayan qızlar yoxdur.
Məhkumların hamısı 18 yaşdan yuxarı olanlardır. Qadınlar əsasən, dələduzluq, oğurluq, narkotik maddələrin istifadəsi və dövriyyəsi, insan alveri maddələrilə cəza çəkirlər. Onlar arasında adam öldürməyə görə azadlıqdan məhrum edilənlər də var. Bakı şəhəri Xətai rayonunda yerləşən qarışıq rejimli 4 saylı cəzaçəkmə müəssisəsi daha çox “Qadın kaloniyası” kimi məşhurlaşıb. Burada həm ciddi, həm də ümumi rejimdə cəza çəkən məhkumlar saxlanılır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, qaydalara riayət etməyən qadınları Qobustan həbsxanasına da köçürə bilərlər. Hazırda Qobustanda cəza çəkən xanımlar yoxdur. Yaş fərqi müxtəlifdir. Onlar arasında gənclər və yaşı 60-dan yuxarı olan qadınlar da var. Bildiyiniz kimi, Azərbaycanda qadınlara qarşı ömürlük azadlıqdan məhrumetmə cəzası yoxdur”.
3 yaşına qədər məhbus həyatı yaşayan körpələr...
Hüquq müdafiəçisi bildirib ki, koloniyada himayələrindəki uşaqlarla birlikdə cəza çəkən 3 məhkum qadın var:
“3 yaşına qədər uşaqlar anası ilə birlikdə cəzaçəkmə müəssisəsində qala bilər. Ana və uşaq onlar üçün müəyyənləşdirilmiş yataqxanada qalırlar. Uşaq 3 yaşından sonra ya yaxın qohumlarına ya da uşaq evlərinə verilir”.
Ə.Nuriyev deyib ki, cəzaçəkmə müəssisəsində qadınların asudə vaxtının səmərəli təşkili də nəzərdə tutulub:
“Belə ki, qadınlar xalça sexində çalışırlar. Eyni zamanda, buradakı gözəllik salonundan istifadə edirlər. Həmçinin, koloniyadakı qadın dram dərnəyinə gedirlər. Qadınların saxlanma şəraiti və qidalanması çox yaxşıdır”.
Xarici ölkədən olan qadınlar - fahişəlik, narkotik maddə...
Müsahibimizin sözlərinə görə, bu müəssisədə həm də xarici ölkələrdən olan qadınlar cəza çəkir:
“Onlar əsasən, narkotik maddə, fahişəliyə cəlb etmə, kontrabanda ilə bağlı cəza alıblar. Onların ekstradisiyası nəzərdə tutulmur. Vətəndaşlığı olan dövlətin müvafiq qurumlarının Azərbaycan tərəfinə müraciəti əsasında xarici məhkumların köçürülmə məsələsinə baxıla bilər. Belə hallar olub. Ötən illər ərzində İran İslam Respublikası, Türkiyə, Özbəkistan vətəndaşları olan qadınlar aid olduqları ölkəyə köçürülüb”.
“Qadınların əksəriyyəti peşmandır”
Ə.Nuriyev qeyd edib ki, qadınlar arasında təkrar cinayət törədənlər çox azdır:
“Onların əksəriyyəti əməlinə görə peşmanlıq duyur. Ədliyyə Nazirliyinin göstərişilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və yüngül rejimli müəssisəyə keçirilmə institutu geniş tətbiq olunur. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən tərkibi nazirliyin, o cümlədən Penitensiar xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən və hüquq-müdafiəçilərdən ibarət xüsusi Komissiya yaradılıb. Komissiya üzvləri tərəfindən ayrı-ayrı məhkumların işləri öyrənilir. O şəxslər ki, cəzaçəkmə müddətində özlərini yaxşı aparır, əməyə meyllilik var, pis vərdişlərdən uzaqlaşma hiss olunur, onlar barədə müsbət mülahizə verilərək, vaxtından əvvəl azad edilməsinə baxılması təklif edilir. Məhkəmə tərəfindən də həmin şəxslərin işlərinə baxılarkən təqdim edilmiş mülahizələrin 90 faizi təsdiq olunur. Çünki bu, hərtərəfli araşdırmanın nəticəsidir. Yəni azadlığa çıxma işləri də sürətlənib. Qadınlar arasında təkrar cinayət törədənlər çox deyil .Təkrar cinayət törədənlər, əsasən, oğurluq, dələduzluq, insan alverilə həbs edilənlərdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar