Xəbər lenti
Dünyanın ən qısa ömürlü 12 ölkəsi - SİYAHI

İspaniyanın Kataloniya muxtariyyatının prezidenti Karles Puçdemon tərəfindən regionun müstəqilliyini elan etməsi ciddi müzakirələrə səbəb olub.
Son günlərdə medianın gündəminə çevrilən mövzu tarixdə daha əvvəllər də müstəqillik təşəbbüsü irəli sürən dövlətləri, krallıqları xatırladır. Tarixdə qurulan bir çox dövlətin ömrü qısa olub. Hətta aralarında 6 saat mövcud olan müstəqil dövlət belə var.
Manevr.az sizə dünyanın ən qısa ömürlü 12 ölkəsinin siyahısını təqdim edir:
1. Demokratik Federal Rusiya Respublikası

Rusiya Sovet Federativ Sosialist Respublikasının yerində 19 yanvar 1918-ci ildə yaradılan dövlət cəmi 6 saat mövcud olub. Daha sonra Sovet İttifaqı olub.
2. Kataloniya dövləti

1934-cü il oktyabr ayının 6-da yaradılıb. Ömrü 9 saat davam edib. İkinci İspaniya Respublikasından dövlət müstəqilliyini elan etmişdi, ancaq 9 saat sonra yenidən bu ölkənin bir parçası oldu.
3. Əmirliklər

1971-ci il dekabr ayının 1-də yaradılan Əbu Dabi Əmirliyi, Dubay Əmirliyi, Şarja Əmirliyi, Ummul-Qayvayn Əmirliyi, Fucairah Əmirliyi və Ajman Əmirliyi 1 gün sonra süqut edərək Birləşmiş Ərəb Əmirliyinin tərkibinə qatılıblar.
4. Benin Respublikası

19 sentyabr 1967-ci ildə yaradılıb, ertəsi gün ömrü başa çatıb. Biafradan müstəqilliyini qazandıqdan sonra Nigeriyaya qoşulub. Biafra Respublikasının özü də indiki Nigeriyanın cənub-şərq bölgəsində 1967-1970-ci illər arasında mövcud olub. 30 may 1967-ci ildə birtərəfli qaydada Nigeriyadan müstəqilliyini elan edən ölkə, sonra başlayan və üç il ərzində davam edən Biafra müharibəsi nəticəsində ləğv olunaraq yenidən Nigeriyanın suverenliyi altına daxil olub.
5. Karpat Ukraynası

1939-cu ilin 15 mart tarixində qurulan dövlətin ömrü cəmi bir gün davam edib. Çexoslovakiyadan müstəqilliyini qazansa da, Macarıstan Krallığı tərəfindən işğal edilib.
6. Krım Respublikası

5 may 1992-ci ildə Ukraynadan müstəqilliyini elan edib. 1 gün sonra isə yenidən Ukraynanın tərkibinə daxil edilib.
7. İkinci Krım Respublikası

2014-cü ilin 17 mart tarixində yenidən öz müstəqilliyini elan edib. Yalnız bu dəfə isə Rusiyanın tərkibinə qatılıb.
8. Qalisiya Respublikası

1931-ci il iyunun 27-də İspaniya Krallığının tərkibindən ayrılaraq öz müstəqilliyini elan edib. Müstəqilliyi 1 gün davam edən Qalisiya ertəsi gün İkinci İspaniya Respublikasının tərkibinə daxil edilib.
9. Porto Riko Respublikası

1968-ci ilin 23 sentyabrında İspaniya Krallığından müstəqilliyini elan edib. 1 gün sonra isə yenidən krallığın tərkibinə qatılb.
10. Farer adaları

18 sentyabr 1946-cı ildə Danimarka Krallığından ayrılaraq müstəqilliyini elan edən Farer adaları, cəmi iki gün sonra yenidən Danimarka Krallığının tərkibinə daxil edilib.
11. Mindanao Federativ Respublikası

1990-cı il oktyabr ayının 4-də müstəqilliyini elan edən respublika cəmi 2 gün mövcud olub. 2 gün sonra yenidən Filippinin tərkibinə qatılaraq tarixə ən qısa ömürlü respublika olaraq düşüb.
12. Ploieşti Respublikası

Ploieşti Respublikası 8 avqustda Rumıniya Krallığından ayrılaraq müstəqilliyini elan etdikdən 2 gün sonra yenidən Rumıniya Krallığına daxil olub.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar