Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlik çoban müğənniyə verdiyi vədi dandı - "KİMİN SÖZ VERMƏSİ BİZƏ MƏLUM DEYİL"

Tarix: 09-10-2017 17:49     Baxış: 7248 A- / A+
Nazirlik çoban müğənniyə verdiyi vədi dandı
“Mədəniyyət və Turizm Nazirliyi Pərvin Səfərovun təhsilinə yardım edəcəyi barədə söz verməyib”.
Manevr.az xəbər verir ki, bunu “report”a açıqlamasında nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.
O qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin sturukturunda təhsil ilə məşğul olacaq bir müəssəsə yoxdur: “Onun ilk videosunun yayıldığı vaxtlarda dərhal nazirliyin regional idarəsinə göstəriş verilib və əməkdaşlarımız Pərvin Səfərovun evinə baş çəkiblər. Görüş zamanı onun ali təhsilinin olmadığını nəzərə alaraq, yaşadığı rayonun mədəniyyət evində iş təklifi olunub. Təhsil məsələsinə gəldikdə isə Pərvin Səfərova təhsil verilməsi ilə bağlı nazirlikdən kimin söz verməsi bizə məlum deyil”.
Qeyd edək ki, məsələ ilə bağlı Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi unikal.org-a açıqlamsında bildirmişdi ki, hazırda Azərbaycanda deyil: “Bu dəqiqə xaricdəyəm. Pərvin Səfərovla maraqlanmışam. Bir həftəyə Azərbaycanda olacağam. Qayıdandan həmin gənclə görüşüb söhbət edəcəyik və bundan sonra onun təhsili ilə bağlı qərar veriləcək”.
Nəzərinizə çatdıraq ki, Neftçala rayonundan ola çoban-müğənni Pərvin Səfərov “O səs Türkiyə” yarışmasındakı çıxışı ilə yenidən gündəmə gəlib. P.Səfərov mətbuata müsahibəsində bildirib ki, Mədəniyyət və Turizm Nazirliyindən onun təhsilinə dəstək olacaqları barədə söz verilsə də buna əməl olunmayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar