Xəbər lenti
Abdulla Şaiqin Türk Ordusuna yazdığı məşhur şeiri - "Neçin böylə gecikdin"
Bu gün Bakının 1918-ci ildə Nuru Paşanın komutanlığı ilə Qafqaz İslam Ordusu tərəfindən erməni-daşnak qüvvələrindən təmizləndiyi - Bakının Qurtuluş Günüdür.
Bu hadisəyə Azərbaycanın bir çox yazar və şairləri şeirlər həsr etmişlər. Lakin onların içərisində görkəmlii yazıçı-dramaturq, şair - publisist, böyük pedaqoq Abdulla Şaiqin yazdığı şeir özünün səmimiliyi və duyğusallığı ilə seçilir.
Manevr.az bu gün münasibətilə həmin şeiri oxuculara təqdim edir:
Neçin böylə gecikdin?
Türk Ordusuna yazılan şeir
(İntizar qarşısında)
Sənsiz qəlbim qırıq, sönük, çiynənmiş, xırpalanmış
Ömür şüşəm daşa dəymiş, həyatım parçalanmış,
Qırıq bir saz kimi sızlar qanlı, yorğun telləri.
Yıxılıb yandırar bütün qayğı vurmuş əlləri
Bu vətənin öksüzləri, gəlinləri, dulları,
Göz yaşıyla sulanmış hər keçdiyimiz yolları.
Yolunuzu gözləməkdən bənizləri sararmış,
Heç gəlmədin. O şən gülən ürəkləri qəm almış.
Sən gəlməsən, dolumsanmış ürəklər
Sən gəlməsən, xarabaya dönən qəlb abad olmaz.
Sən gəlməsən, günəş doğmaz, ümid gülüm açılmaz
Dodaqlarım gülməz, sönmüş bəxtimə nur saçılmaz
Başqasını istəməm də, ey Türk, tez ol sən gəl, sən
Gözləməkdən yoruldum, ah, axı gecikdin nədən?
Yollarına daşmı düzülmüş? Ya azğın qurdlarmı?
Buraxmır? Daş, dəmir ya polad olsa da onlar.
Ürəyində şəlalədən ən mətin, qızıl atəşlə
Yandır onları, ərit, söndür, çeynə, boğ, əz, xırpala,
Xain alçaq düşmənlərə qol gücünü göstər.
Aç yolları, tez gəl ki qəlbim səni çox istər.
Abdulla Şaiq
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar