Xəbər lenti
Bərdədə 9 yaşlı qızın atası tərəfindən qaçırılmasının TƏFƏRRÜATI
Bərdənin Əmirli kənd sakini İlahə Məmmədova 9 yaşlı qızı Səmanın illər əvvəl ayrıldığı həyat yoldaşı tərəfindən qaçırıldığını iddia edir. O, bununla bağlı mətbuata müraciət edib. Qızının hətta məkətəbə də buraxılmadığını deyib.
İ.Məmmədova söyləyir ki, o illər əvvəl həyat yoldaşından ayrılıb, ikinci dəfə ailə qurub. İkinci həyat yoldaşının səhhəti ilə əlaqədar olaraq onlar müvəqqəti Moskvaya gediblər. Səma isə nənəsinin yanında qalıb. Keçmiş həyat yoldaşı da bunu fürsət bilərək qızı qaçırıb.
Qadın iddia edir ki, Səma anası ilə qalmaq istəsə də, keçmiş həyat yoldaşı Pərvin Musayev və onun ailəsi uşağı qorxudaraq fikrindən daşındırırlar.
Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Rauf Həsənovla əlaqə saxladıq. O, hadisənin İ.Məmmədovanın dediyi kimi olmadığını bildirdi: “İlahə Məmmədova Pərvin Musayevlə 2 il ailəli olub. Ayrılandan sonra məhkəmə qərarı ilə uşaq anasına verilib. Təxminən 3 il əvvəl qadın ikinci dəfə ailə qurub. Həmin vaxtdan da qızına anası baxır. Özü isə həyat yoldaşı ilə birlikdə daimi Rusiyada yaşayır. Bir müddət əvvəl uşağın atası qızının onunla qalması üçü məhkəməyə müraciət edib. Bir aydır ki, onun iddiası təmin edilib. Məhkəmənin qərarı ilə uşaq atasına verilib. Əksinə ana uşağını qaçırmaq istəyib, polis uşağı alıb, təkrar atasına verib”.
R.Həsənov 9 yaşlı Səmanın atası tərəfindən məktəbə buraxılmamasının yalan olduğunu deyib:
“Onlar mənim qonşuluğumda yaşayırlar. Hər gün uşaq məktəbə gedir. Məktəblə bələdiyyənin binası yaxındır, o uşağı hər gün məktəbə aparanda görürəm”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar