Xəbər lenti
Toyuna 6 gün qalmış özünü öldürmək istəyən bəyin qohumları ah-nalə çəkdi : “Gəlinin əli xınalı qalıb, nə edək?”
Qaxda toyuna 6 gün qalmış intihara cəhd göstərən 26 yaşlı bəylə bağlı bəzi təfərrüatlar məlum olub.
Almalı kənd sakinləri aznews.az-a bildiriblər ki, Nofəl Yusifovun intihara cəhd göstərməsi bütün kəndi narahat edib:
“Nofəl gedib kənd mağazasına, oradan sirkə turşusu alıb. Sonra onu aparıb evə və içib. Hazırda Bakıdadır və vəziyyəti pis olduğuna görə danışa bilmir. Onun bu addımı atmasının səbəbi də kənd sakinlərinə qaranlıq qalıb”.
Gəlinin əmisinin həyat yoldaşı məsələ ilə bağlı oğlan evindən onlara heç bir açıqlama verilmədiyini bildirib:
"Biz bu oğlanın nə üçün belə addım atdığının səbəbini bilmirik. Özü də danışa bilmir. Hər halda bizə qaranlıq qalıb, toyuna yaxın insan niyə özünü öldürmək istəsin. Qıza toy elədik. Toy günü bəylə-gəlin deyib, gülə-gülə məclisə girib. Vağzalı altında oynayıb, mehribancasına ayrılıblar. Toydan bir gün sonra gəlin atası və qardaşı ilə birlikdə cehiz, mebel almağa gedib. Həmin arada bəyi görməyib. Cehiz alıb qayıdanda qız bəyə zəng edib, Nofəl telefonu götürməyib. Bu da qızı narahat edib. Məsələni bizə deyəndə biz də olanlardan pərt olduq. Dedik ki, bu oğlan niyə nişanlısına cavab vermir? Oğlan evinə zəng edəndə bacısı Nofəlin sirkə içdiyini və vəziyyətinin pis olduğunu dedi. Oğlan tərəfindən bizə heç bir məlumat verilməyib. Qız da bunu eşidən kimi vəziyyəti pisləşdi. Bütün günü ağlayır. Bunlar bir-birini sevib, ailə həyatı qurmağa qərar veriblər. Bütün ailə bir-birinə dəyib. Hamı ağlaşır. Əlimizdən nə gəlir. Toyumuz olub, gəlinin əli xınalı qalıb, nə edək? Bircə oğlan sağalsın”.
Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə Nofəl Yusifovun səhhətinin ağır olduğunu deyib:
“Boğazı tamam yanıb. Sirkə daxili orqanlarını sıradan çıxarıb. Onun səhhəti ilə bağlı nəsə fikir irəli sürmək tezdir. Yalnız 3-4 gündən sonra nəsə demək olar”.
Qeyd edək ki, Qaxda 26 yaşlı oğlan toyuna 6 gün qalmış özünü sirkə turşusu ilə zəhərləyib. Rayonun Almalı kənd sakini, 1991-ci il təvəllüdlü Nofəl Məzahir oğlu Yusifov kəskin zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan Respublika Toksikologiya Mərkəzinə göndərilib.
Məlumatda o da bildirilir ki, Nofəl Yusifov nişanlı olub, oktyabrın 1-də qız toyu olub, ayın 8-də isə Nöfəlin öz toyu olacaqdı. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar