Xəbər lenti
Sumqayıtlı məktəb direktorları CƏFALARININ səfasını görmədilər… :məzun peşimançılığı-REPLİKA
Yəqin bundan sonra Sumqayıtdakı orta məktəb direktorları rəhbərlik etdikləri təhsil müəsissələrində oxuyan şagirdlərin qəbul imtahanlarında 600-dən yuxarı bal toplamalarına sevinməyəcək və buna çalışmayacaqlar.
Çünki yüksək bal toplayan məzunların sayı artdıqca, həmin məktəbin direktoru əlini cibinə daha “dərin salmalı” olur. Bu günlərdə Sumqayıtda builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib. Və sözügedən görüşdə 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olunan 138 məzunun hər birinə qiymətli hədiyyələr təqdim olunub. Manevr.az-ın əldə etdiyi məlumata görə, məzunlara hədiyyə olaraq “nootbuk” kompyüterləri bağışlanıb və onların alınmasını birbaşa məktəb direktorları həyata keçirib. “Yuxarıların” tapşırığına əsasən, hər məktəb direktoru imtahanlarda 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunların hər birinə 1 ədəd “nootbuk” alıb. Bu da məktəb direktorlarının haqlı narazılığına səbəb olub. Belə ki, ən azı 3-5 nəfər məzuna 400 manatdan hədiyyə alan direktor xeyli “tər tökməli” olub. Halbuki, 10-dan çox məzununu 600-dən yuxarı bal toplayan məktəblər də var. Hətta, məzunlar qarşısında “xəcalətli” qalmamaq üçün borc alan, kredit götürən direktorların da olduğunu öyrəndik. Belə... Sağol, mükafat gözlədikləri halda, direktorlar özləri “günahlarının” bədəlini ödəməli oldular. Bu dəfə “çərxi-fələk” tərsinə dövran elədi. Sumqayıtlı məktəb direktorları cəfalarının səfasını görmədilər…
Nə isə…Onu da qeyd edək ki, direktorlar itirdiklərinin əvəzini yəqin ki, çıxmalı olacaqlar:Bilirsiz də kimdən? Əlbəttə, 5-10 manata göz dikən müəllimlərdən… “Bazar olsun!”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar