Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deyirəm ki, zəlzələ olacaq, belə də yazın... – Baş direktor

Tarix: 21-09-2017 12:49     Baxış: 7417 A- / A+
Deyirəm ki, zəlzələ olacaq, belə də yazın...
Kim deyə bilər ki, dünyada 10-15 gün ərzində güclü zəlzələ olmayacaq? Mən də deyirəm ki, sabah da, biri gün də dünyada zəlzələ olacaq. Belə də yazın.
Bunu teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Türkiyə seysmoloqu Əhməd Ərcanın bir müddət öncə verdiyi proqnozları şərh edərkən deyib.
Onun sözlərinə görə, həmin proqnozların elmi sübutu yoxdur: “Türkiyədə güclü seysmoloqlar var. İndiyə kimi bir dəfə də ağızlarını açıb proqnoz verməyiblər. Bunlar isə proqnoz deyil, nağıldır. Dediyini gərək elmi əsaslarla sübüt edəsən.
Hər gün dünyanın müxtəlif yerlərində zəlzələ olur. Meksikanın daxilində hər gün zəlzələr olur. Son zəlzələdə 230 nəfər ölüb. Türkiyəli professorun proqnozunda qeyd edilmişdi ki, Meksikada bu qədər adam öləcək? Kim deyə bilər ki, dünyada 10-15 gün ərzində güclü zəlzələ olmayacaq? Mən də deyirəm ki, sabah da, biri gündə zəlzələ olacaq. Belə də yazın”.
Xidmət Mərkəzinin baş direktoru bildirib ki, Azərbaycanda güclü zəlzələnin baş verməsi gözlənilmir:
“Hazırda Yaponiya, İndoneziya, Çili və Meksikada zəlzələ baş verir. Azərbaycana gəldikdə yaxın günlər ərzində güclü zəlzələ gözlənilmir”.
Qeyd edək ki, türkiyəli seysmoloq, professor Əhməd Ərcan sentyabrın 8-də Mekiskada baş vermiş 8,2 bal gücündə zəlzələdən sonra yaxın 10-15 gün ərzində dünyanın müxtəlif ölkələrində güclü təkanlar baş verəcəyini demişdi. Bundan sonra dünyanın müxtəlif ölkələrində, o cümlədən Meksikanın özündə, Yaponiyada, İndoneziyada güclü təkanlar oldu.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar