Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Çörək sexi adıyla masaj salonunda... - Ər arvadını buna görə öldürdü

Tarix: 30-08-2017 14:36     Baxış: 4914 A- / A+
Çörək sexi adıyla masaj salonunda...

Bakıda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Manevr.az apa-ya istinadən əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü BəxtiyarCəbrayıloğlu Məmmədovun qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürməsi faktı ilə bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən B. Məmmədov polisə gələrək könüllü təslim olub.

B. Məmmədov polisə verdiyi ilkin ifadəsində hadisə baş verən ünvanda həyat yoldaşı və 7 yaşlı oğlu ilə birlikdə kirayədə yaşadıqlarını bildirib.

Qətlə isə ərinin qadının mobil telefonunda masaj salonunda çəkilmiş fotolarını aşkar etməsi səbəb olub.

Onların arasında mübahisə yaranıb, nəticədə B. Məmmədov həyat yoldaşını boğaraq öldürüb.

İstintaq araşdırması zamanı müəyyən edilib ki, Z. Mərifova ərinə çörək sexində işlədiyini desə də, onun masaj salonunda işlədiyi üzə çıxıb.

B. Məmmədov isə həyat yoldaşının harada işləməsindən xəbərsiz olduğunu bildirib.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar