Sizin Reklam Burada
Xəbər lenti
25-11-2026
24-11-2026
BÜTÜN XƏBƏRLƏR

Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq

Tarix: 25-11-2026 20:06     Baxış: 329 A- / A+
“BakıKart” və “Mastercard” UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir.

Kampaniya çərçivəsində bu gün saat 18:00-dan 01:00-dək “Mastercard” kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 AZN) istifadə edə biləcəklər.

Güzəşt yerli və xarici banklar tərəfindən emissiya edilmiş “Mastercard” kartları ilə “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan təmassız (NFC) ödənişlərə şamil olunur.

Kampaniya Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir.

Müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına məhdudiyyət tətbiq edilmir. qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar