Xəbər lenti
Jurnalist İlhamə Məhəmmədqızı üçüncü mərtəbədən yıxıldı: Vəziyyəti ağırdır, qana ehtiyac var
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sumqayıt" qəzetinin əməkdaşı İlhamə Məhəmmədqızı dünən axşam saatlarında yaşadığı evin eyvanından yıxılıb.Manevr.az-ın əldə etdiyi məlumata görə, 3-cü mərtəbədən yıxılan jurnalist Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ağır kəllə-beyin travması alan, bədəninin müxtəlif nahiyələrində sınıqlar olan jurnalistin durumu ağır qiymətləndirilir.
Qrupundan asılı olmayaraq qana ehtiyac var. Qan vermək imkanı olanlar xəstəxananın müvafiq şöbəsinə müraciət edə bilərlər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































