Xəbər lenti
Ata bir aydır ki, qızını axtarır - İtkin düşüb, yoxsa qaçırılıb? - VİDEO
Ağlayaraq göz yaşı tökən ata bir aydır ki, qızını axtarır.
Manevr.az xezerxeber.az-a istinadən bildirir ki, Sabirabad rayonu, Qaragüney kənd sakini Əmrah Mustafayevin sözlərinə görə, qızı 18 yaşlı Zülfiyyə Hüseynzadə ayın birindən itkin düşüb.
Rayon polis şöbəsində qızın atasının izahatı alınıb və Zülyiyyənin axtarışına başlanılıb. Bir neçə gün sonra 18 yaşlı qız tapılıb.
Əmrah Mustafayev deyir ki, qız evdən getdikdən sonra onun psixoloji problemləri yaranıb. O, iddia edir ki, qızına pisxotrop tərkibli dərman verilib. Bu səbəbdən də onu kimin qaçırdığı və hara apardığı barədə heç bir məlumat vermir.
Əmrah Mustafayev iddia edir ki, onun qızını qonşuluğunda yaşayan bir kişi ilə qadın qaçırıb. Bu barədə polisə də məlumat verib. Amma qız polisə ifadəsində bunu təsdiq etmədiyi üçün həmin şəxslər istintaqa cəlb edilməyiblər. Həmin hadisədən sonra Əmrah Mustafayev qızını Şirvan şəhərində bir avtobus dayanacağından tapıb evə gətirsə də Zülfiyyə Hüseynzadə yenə də qaçıb.
İndi gözü yaşlı ata yaşadığı Sabirabad və ətraf rayonlarda qızını axtarır. Onu hansısa qruplaşmaya və yaxdud da pis yola salmaq istəyən şəxslərin isə istntaqa cəlb edilməsini tələb edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar