Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?

Tarix: 14-09-2026 22:43     Baxış: 342 A- / A+

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsində ata adı ilə yanaşı ana adının da qeyd olunması ilə bağlı müzakirələr aparılır. Təşəbbüsü dəstəkləyənlər bunun valideynlərin hüquqi baxımdan daha bərabər şəkildə təmsil olunmasına imkan verəcəyini düşünürlər.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, hazırkı qanunvericiliyə əsasən şəxsiyyət vəsiqəsində soyad, ad və ata adı göstərilir. Ana adı isə sənədin rekvizitləri sırasında yer almır. Bunun üçün "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunun 3-cü maddəsinə dəyişiklik edilməlidir.

Deputat qeyd edib ki, ana barədə məlumat onsuz da doğum haqqında akt qeydlərində və şəhadətnamədə əks olunur. Söhbət həmin məlumatın şəxsiyyət vəsiqəsində də göstərilib-göstərilməməsindən gedir.

Z.Orucun sözlərinə görə, beynəlxalq təcrübədə vahid yanaşma yoxdur. Bəzi ölkələrdə valideynlərin adı şəxsiyyət sənədində ümumiyyətlə göstərilmir, Ukraynada ata adı ayrıca qeyd olunur, İspaniya və Portuqaliyada isə hər iki valideyn barədə məlumat sənəddə əksini tapır.

Parlamentari hesab edir ki, ana adının əlavə edilməsi məsələsinə iki formada yanaşmaq mümkündür: onu şəxsin adının yeni komponenti kimi göstərmək və ya vəsiqədə ayrıca "Valideynlər: ata/ana" bölməsi yaratmaq. Onun fikrincə, ikinci variant daha məqsədəuyğun ola bilər.

Z.Oruc həmçinin dəyişiklik ediləcəyi təqdirdə bütün şəxsiyyət vəsiqələrinin birdən-birə yenilənməsinin böyük maliyyə və inzibati yük yaradacağını vurğulayıb. Onun sözlərinə görə, daha optimal variant yeni verilən və müddəti bitdiyi üçün dəyişdirilən vəsiqələrdə bu məlumatın mərhələli şəkildə tətbiq edilməsidir.

Deputat məsələ ilə bağlı qanun layihəsi hazırlanmazdan əvvəl aidiyyəti dövlət qurumlarının, hüquqşünasların və mütəxəssislərin iştirakı ilə ictimai müzakirənin keçirilməsini təklif edib. sfera.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar