Xəbər lenti
"Ulduz" jurnalının şöbə redaktoru kömək istəyir: AYB-də nə baş verir?

"Ulduz" jurnalının şöbə redaktoru, şair Taleh Mansur sosial şəbəkə hesabında paylaşdığı müraciətdə üzləşdiyi haqsızlıqla bağlı ölkə başçısından, hüquq-mühafizə orqanlarından, ziyalılardan, yazıçı və şairlərdən, jurnalist həmkarlarından dəstək istəyib.
Şair bildirib ki, ümidi "göydə Allaha, yerdə isə ölkə Prezidentinə, hüquq-mühafizə orqanlarına, ziyalılara, yazıçı və şairlərə, jurnalist həmkarlarına, dostlarına və yoldaşlarına"dır.
Manevr.az sözügedən müraciəti təqdim edir:
"Dəyərli dostlar! Heç vaxt sizdən nə maddi, nə də mənəvi kömək və ya dəstək istəməmişəm. Necə deyərlər, gün bu gündür, bıçaq sümüyə dirənib deyə, hər birinizdən ürəyinizin və vicdanınızın imkan verdiyi qədər mənəvi dəstək gözləyirəm. Birbaşa mətləbə keçəcəyəm.
Deməli, adı və əməlləri ilə hamıya yaxşı tanış olan Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov illərdir şəxsimə qarşı qərəzli mövqe sərgiləyir. Səbəb isə çox sadədir: bəziləri kimi boyun əymirəm, "ipə-sapa yatmıram", haqqı deyirəm və haqdan yanayam. Görünən odur ki, bu adama qurum daxilində "dur" deyə biləcək şəxs də yoxdur. Ümidim göydə Allaha, yerdə isə ölkə Prezidentinə, hüquq-mühafizə orqanlarına, ziyalılara, yazıçı və şairlərə, jurnalist həmkarlarıma, dostlarıma və yoldaşlarımadır. Qanun çərçivəsində bu şəxsin mənə qarşı qərəzli davranışlarına hüquqi və mənəvi qiymət verilməsini istəyirəm", müraciətdə vurğulanır.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































