Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt hadisələrindən 38 il ötür

Tarix: 28-02-2026 08:32     Baxış: 3193 A- / A+
Bu gün Sumqayıt hadisələrinin ildönümüdür.

1988-ci il fevralın 27-dən 29-na qədər Sumqayıt şəhərində əvvəlcədən planlaşdırılmış təxribat xarakterli qırğınlar baş verib. Hadisələrin təşkilində şəhər əhalisi arasına yerləşdirilmiş, Azərbaycan dilində sərbəst danışan erməni mənşəli təxribatçı qrupların xüsusi rolu olduğu bildirilir. Həmin qrupların SSRİ DTK-sının himayəsi altında fəaliyyət göstərdiyi qeyd olunur. Onlar şəhərin müxtəlif ərazilərində iğtişaşlar törədib, nəticədə 26 erməni milliyyətindən olan şəxs qətlə yetirilib.


Şəhərə yeridilən, general Krayevin rəhbərlik etdiyi hərbi hissələr isə hadisələrə dərhal müdaxilə etməyib və yalnız fevralın 29-da proseslərə qoşulub. Müdaxilə zamanı 6 azərbaycanlı tankların altında qalaraq şəhid olub, 400 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ümumilikdə 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.


Hadisələri araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK nümayəndələrindən ibarət istintaq qrupu isə bütün məsuliyyəti azərbaycanlıların üzərinə yıxıb. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini həbs olunub. Onlardan 400 nəfər inzibati məsuliyyətə cəlb edilib, bir çoxu rüşvət verərək azadlığa çıxıb, 94 nəfər barəsində isə cinayət işi açılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar