Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Zakir Həsənov hərbi hissəni yoxladı

Tarix: 21-02-2026 16:16     Baxış: 3107 A- / A+
Zakir Həsənov hərbi hissəni yoxladıMüdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə hava hücumundan müdafiə hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, Z.Həsənov hərbi hissənin komanda məntəqəsində xidməti tapşırıqların yerinə yetirilməsi və mövcud vəziyyət barədə məruzələri dinləyib.
Nazirliyin rəhbər heyəti ixtisas hazırlığı üzrə məşğələlərin keçirilməsini izləyib, şəxsi heyətin peşəkarlıq səviyyəsi, nəzəri biliklərinin tətbiqi, həmçinin silah və texnikadan düzgün istifadə bacarıqları yüksək qiymətləndirilib.
General-polkovnik keçirilən təlim və məşqlər zamanı HHM bölmələrinin arsenalına yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiq imkanlarının mənimsənilməsi, şəxsi heyətin bu vasitələrdən düzgün və təhlükəsiz istifadə bacarıqlarının artırılması barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar