Xəbər lenti
DİQQƏT! Bu çimərliklərdə ilan var

Havaların isti keçməsi sürünənlərin aktiv həyat tərzinə keçməsinə səbəb olub. Son günlərdə çimərliklərdə ilana tez-tez rast gəlinir.
Zoologiya İntitutundan bildirilib ki, Bilgəh, Mərdəkan, Şüvəlan, Şıx çimərliklərində gürzələr var. Herpetoloq qeyd edib ki, ilanların sayında artım olmasa da, aktivliyi müşahidə olunur. “Bu hal şəhərdə aparılan tikinti işləri və su hövzələrində dəyişikliyin baş verməsi ilə bağlıdır. Hardasa oturmazdan əvvəl həmin yerə baxış keçirsələr yaxşı olar. Çünki temperatur yüksəldikcə sürünənlər daşların, əşyların altında və s. yerlərdə daha çox olurlar. Bağ evlərində, çardaqların altında, su olan yerlərdə onlara daha çox rast gəlinir. Çimərliyə gedən insanlar da ehtiyatlı olmalıdırlar. Apardığım monitorinq nəticəsində müşahidə edirəm ki, çimərliklərin bəzilərinin yaxınlığında hətta zəhərli ilanlar, əqrəblər daha çoxdur. Bilgəh çimərliyi, Mərdəkan, Şüvəlan, Şıx çimərliyi ətrafında həm əqrəblərə, həm də gürzələrə rast gəlinir”.a24.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar