Xəbər lenti
ANA ÖLƏNDƏN 123 GÜN SONRA ƏKIZLƏRI DÜNYAYA GƏLDI
Braziliyada yaşayan Frankielen da Silva adlı 21 yaşlı qadında hamiləliyin 9-cu həftəsində beyin qansızması baş verib.
Həyat yoldaşı ölüm ayağında olan qadını klinikaya gətirib, lakin burada ona kömək edə bilməyiblər. 3 gün sonra həkimlər "beyin ölümü”nü təsdiq ediblər.
Beyin ölümü bütün orqanizmin ölümü deməkdir. Ürək dayandıqda (ürək ölümü) insanı yenidən həyata qaytarmaq mümkün olsa da, beyin ölümü zamanı bu mümkün deyil. Beyin öləndə ürək və digər orqanlar bir müddət xüsusi tibbi avadanlıqların köməyi ilə işləsə də, belə insan faktiki olaraq "diri ölü”dür.
Frankielen hamilə olduğuna görə, həkimlər onun bədənini bətnində olan uşaqlar ölənə qədər aparatlara qoşulu şəkildə saxlamağa qərar verirlər. Vaxt keçirdi, lakin döllər nəinki ölmürdü, hətta normal inkişaf etməyə davam edirdi. Bunu görən həkimlər uşaqları sona qədər qorumaq qərarına gəlirlər. Müxtəlif mütəxəssislərdən olan böyük komanda uşaqların normal inkişafını təmin etmək üçün əlindən gələni edirdi. Burada mama-ginekoloqlar, fizoterapevtlər, diyetoloqlar, hətta musiqi terapevtlər kimi nadir mütəxəssislər vardı.
Körpələri ana sevgisi və qayğısı ilə təmin etmək üçün həkimlər və Frankielenin ailə üzvləri növbə ilə onun qarnını sığallayır, uşaq mahnıları oxuyurdu, körpələrlə danışırdı.
Nəhayət, ana öləndən 123 gün sonra qeysəriyyə kəsiyi əməliyyatı ilə 2 körpə dünyaya gəldi - 1,4 kq-lıq Ana Vitoriya və onun 1,3 kq-lıq qardaşı Asaf. 3 ay ərzində uşaqlar xəstəxanada xüsusi inkubatorlarda böyüyürdü.
Hazırda 6 aylıq əkizlər tam sağlam və normal uşaqlardır./lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar