Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Həmin pullar oğlumun idi, ona Masazırdan ev alacaqdım" - Saleh Novruzinin ifadəsi

Tarix: 05-11-2025 21:32     Baxış: 4118 A- / A+
Bakı Ağır Cinayətlər Məhkəməsi Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin külli miqdarda rüşvət almaqda ittiham olunan sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevi 9 il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Məhkəmədə ifadə verən sabiq direktor Saleh Novruzi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən kabinetində aşkarlanan pulların böyük oğluna məxsus olduğunu bildirib:

"Respublika Sanitariya-Karantin Mərkəzinin direktoru olduğum müddətdə heç kəsdən pul almamışam. Xidməti otağımdakı seyfdə 5, 10, 20 və 50 manatlıq əskinaslardan ibarət, təxminən 2 min manat şəxsi vəsaitim olub. Onları seyfdə saxlamışam. Əl çantamdakı 100 manatlıq əskinaslardan ibarət 30 min manat isə böyük oğluma məxsus idi. Həmin vəsait Masazır qəsəbəsindən almaq istədiyi ev üçün nəzərdə tutulmuşdu. Günortadan sonra ödəniş etməyə gedəcəkdilər. Pulu hadisədən 1-2 gün əvvəl çantama qoyub saxlamışdım".

Saleh Novruzi ilkin istintaqa verdiyi ifadənin məhkəmədə söylədiklərindən fərqli olmasını səhhətindəki problem - yüksək təzyiqi ilə əlaqələndirib.

O, fəaliyyətlərinin mahiyyətindən danışarkən qeyd edib ki, Respublika Sanitariya-Karantin Mərkəzi respublikaya idxal olunan qeyri-ərzaq məhsullarına gigiyenik sertifikatların verilməsini təmin edib. Sertifikatlar yalnız laborator müayinələr nəticəsində məhsulların təhlükəsizliyi təsdiqləndikdən sonra təqdim olunub:

"Müraciət edən hüquqi və fiziki şəxslər məhsul nümunəsi və sənədlərlə birlikdə Mərkəzin qəbul otağına gəlirdilər. Sənədlər yoxlandıqdan sonra nümunələr laboratoriyaya göndərilirdi. Məhsul növünə görə Mərkəzin bank hesabına dövlət rüsumu – 25 manatdan 300 manata qədər – ödənilirdi. Bu məbləğlər heç vaxt nağd şəkildə, əlbəəl qəbul edilə bilməzdi. Ödəniş yalnız banka təqdim olunan sənəd əsasında həyata keçirilirdi. Sonra komissiya müraciətə baxırdı. Komissiyanın sədri mən olmuşam, digər altı nəfər isə şöbə müdirləri idi. Biz sertifikatların verilib-verilməməsinə dair qərar qəbul edirdik".

Qeyd edək ki, ötən ilin aprel ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Mərkəzin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.

İlkin sübutlara əsasən, onlar Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndiriliblər. qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar