Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Emin Əmrullayev vəzifəsindən YOLA SALINIR

Tarix: 25-10-2025 21:00     Baxış: 3236 A- / A+

Elm və təhsil naziri Emin Əmrullayevin başının üzərində “qara buludlar” dolaşır. Onun yaxın iki ay ərzində karyerası ilə vidalaşacağı iddia olunur. Elm və təhsil nazirliyindəki səs-küylü istefaların da bununla bağlı olduğu bildirilir. Pravda.az mia.az-a istinadla xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu il oktyabr ayının 1-də öz ərizəsi ilə vəzifəsindən azad olunub.
 
Elə həmin gün Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov da könüllü şəkildə işdən çıxıb.
 
Son günlər isə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi barədə məlumat yayılıb. Bağırovun Bakının rayonlarından birinə icra başçısı təyin ediləcəyi gözlənilir.
 
Bu mövzuda sensasiya sayılacaq məlumatlar var.
 
Hakimiyyətdəki çox mötəbər mənbələrdən biri bildiirb ki, Eşqi Bağırovdan sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Təhsil İnstitutunun direktoru Elnur Əliyev də yola salınacaq.
 
Məlumatlı şəxs Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən iri qurumların rəhbər şəxslərinin bir-birinin ardınca yola salınmasının əsl səbəbinə aydınlıq gətirib. Onun sözlərinə görə, bu dəyişikliklər nazir Emin Əmrullayevin arzusu və iradəsi ilə baş vermir. Əksinə, Əmrullayev ən etibarlı kadrlarını yola salmağa məcbur edilir: “Hazırda Emin Əmrullayevin ətrafında “budama əməliyyatı” aparılır. Sonda növbə onun özünə çatacaq. Əmrullayevi əvəzləyəcək şəxsin kimliyi də artıq məlumdur. Ona öz adamlarını səs-küysüz yola salmaq tövsiyə olunub. Yeni nazir fəaliyyətə kütləvi kadr dəyişiklikləri ilə başlamaq istəmir”.
 
Sonda mənbə deyib ki, bu ilin sonuna kimi Emin Əmrullayevin vəzifədən azad olunmasına dair sərəncam elan olunacaq. pravda.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar