Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Dostları onu aeroportda gözləyirdi - Çempionun sirli intiharı

Tarix: 13-07-2017 16:03     Baxış: 5366 A- / A+
Dostları onu aeroportda gözləyirdi

Hadisə iyulun 4-də 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun Binəqədi qəsəbəsində yaşadığı həyət evində baş verib. 18 yaşlı idmançı səhər saatlarında həyətədəki turnikdən özünü asaraq həyatına son qoyub.
57 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad hadisə baş verən gün sambo üzrə Azərbaycan yığmasının heyətində Qazaxıstanda keçirilən Nursultan Nazarbayev turnirinə qatılmalı imiş. Belə ki, Azərbaycan yığmasının üzvləri və məşqçilər səhər saatlarında toplaşıblar və Rəşadın da gəlib çıxmasını gözləyiblər. Artıq təyyarəyə gecikəcəklərini gördükdə, onlar idmançılardan birini Rəşadgilin evinə göndəriblər və dəhşətli mənzərə ortaya çıxıb.
Bildirilir ki, hadisə baş verən gün Rəşad evdə tək olub. Səhər saatlarında anası işə gedərkən onu oyadıb. Rəşad isə hazırlanıb aeroporta gedəcəyini deyərək anasını yola salıb. Evin tək oğul övladı olan Rəşadın bacısı da həmin vaxt işdə olub.
Rəşad Dünyamalıyevin şəxsi məşqçisi, tanınmış hakim Cabir İsmayılov hadisə barəsində bunları deyib: "Onu çox gözlədik, artıq təyyarəyə gecikirdik və belə bir məlumat gəldi. Qazaxıstana çatanda hamı bizə başsağlığı verirdi. Mənim üçün çox ağırdır. 5 yaşından əlimdə böyüyən uşaqdır. 2 dəfə Avropa Çempionu olub. Bir dəfə Dünya ikincisi olub. Rəşad 7-8 dəfə Azərbaycan çempionu olmuşdu, ona böyük ümidlər bəsləyirdik. Buna görə də əsas yığmaya dəvət etmişdik ki, onu Qazaxıstanda da yoxlayaq".
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.xeberaz.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar