Xəbər lenti 
					
 
		Cəbrayıl şəhər gününü qeyd edir
 Bu gün Cəbrayıl Şəhəri Günüdür.
Bu gün Cəbrayıl Şəhəri Günüdür.Cəbrayıl Şəhəri Günü Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla təsis edilib.
Bu əlamətdar gün Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün şəhərin erməni işğalçılardan təmizlənməsindən beş il ötür.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər bir şəhər, dörd qəsəbə və 92 kənddən ibarət rayonda 52 604 nəfər yaşayırdı. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.
2020-ci il oktyabrın 4-də, Vətən müharibəsinin gedişatında, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha doqquz kəndinin işğaldan azad olunduğunu elan edib.
Manevr.az
 
	   
	    
		
		
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















